Səfər Əbiyevin həbs təhlükəsi ciddiləşir
11:27 25-04-2014
İQTİSADİYYAT
Səfər Əbiyevin həbs təhlükəsi ciddiləşir
Sabiq nazirin 19 illik fəaliyyətinin araşdırılmasına qərar verildi
Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi keçmiş nazir Səfər Əbiyevə 19 illik orduda rəhbərliyini əks etdirən maliyyə hesabatının hazırlanması tapşırığı verib. Bu barədə özəl mənbələrdən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat daxil olub.
Məlumata görə, araşdırma qrupunda maliyyə yeyintiləri və geniş miqyaslı korrupsiyaya aid ciddi faktlar var. İndi bu faktların Əbiyevin hazırlayacağı hesabatda necə əks olunacağı əsas hədəfdir...
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub. Hərbi mənbələrdən verilən məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bundan əvvəl isə, HDQ-nin Hidroqrafiya bölməsinin keçmiş rəisi, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs qətimkan tədbiri seçiib.
Son günlərdə ki, bu həbslərdən sonra KİV-də və ictimai rəydə proseslərin əslində sabiq müdafiə naziri Səfər Əbiyev üçün xoşagəlməz istiqamətdə cərəyan etdiyinə dair təəssüratlar möhkəmlənib. Çeşidli mətbuat orqanları artıq Səfər Əbiyevin də həbs edilə biləcəyini yazırlar.
Keçmiş nazirin 19 illik fəaliyyətinin araşdırılmasına dair hərbi prokurorluğun hərəkətə keçməsinə dair iddialar doğrudursa, bunu həm də Əbiyevin həbs təhlükəsinin get-gedə ciddiləşməsi kimi qəbul etmək lazımdır.
Maraqlıdır ki, son bir neçə gündə həyata keçirilən həbslər və bunun ətrafında yaranan ajiotaja sabiq müdafiə naziri hələ də səssiz qalır. Adının artıq həbs ehtimalı ilə bərabər hallanmasına rəğmən eks-nazir danışmır, reaksiya vermir.
Qeyd edək ki, Əbiyev müdafiə naziri paostundan kənarlaşdırıldıqdan sonra sonuncu dəfə bu ilin yanvarında jurnalistlərə açıqlama vermək ehtiyacı hiss edib. O vaxt sabiq müdafiə naziri özünü yandıran Qarabağ qazisi ilə bağlı olayda adı hallanan "Edis Group" şirkətinin onunla əlaqəsi olmadığını bildirib. S. Əbiyev Qarabağ qazisi Zaur Həsənovun ölüm işində adının hallandırılmasına etiraz edib. O bildirib ki, "Edis Group" şirkəti ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə, bu şirkət barəsində birinci dəfə eşidir: " Mən bu məlumtların hansı mərkəzdən idarə olunduğunu yaxşı bilirəm. Mənim hər hansı xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu, həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm".
Həmin vaxtdan sonra keçmiş müdafiə naziri susqundur. Haqqında səslənən iddiaların heç birinə cavab verməyib. Bununla belə, Əbiyev barəsində son günlər yayılan informasiyaların kifayət qədər ciddi məzmun kəsb etdiyini nəzərə alsaq, Səfər müəllimin hər hansı münasibət bildirmək istəməməsi maraq doğurur.
"Unikal" xatırladır ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53