İşçisini zorlamaqda suçlanan redaktorun müəmmalı qətli
08:02 29-04-2014
KRİMİNAL
İşçisini zorlamaqda suçlanan redaktorun müəmmalı qətli
Qəzet rəhbərinin bu əməlinə görə üstünə benzin tökülərək yandırıldığı iddia olunur
Daxili İşlər Nazirliyi yanaraq ölən baş redaktorla bağlı açıqlama yayıb. Aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 70 kvm. sahədə yanar konstrukiyalar və əşyalar yanmış, orada müvəqqəti yaşayan "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qeyd edək ki, Bakının Suraxanı rayonunda evdə yanğın zamanı cəsədi aşkarlanmış Mizan -Tərəzi qəzetinin baş redaktoru 1989-cu il təvəllüdlü Sadiq Soltanovun yaxınları baş verənlərdən xəbərsiz olduqlarını deyirlər və bu faciə barədə danışmaq istəmirlər. Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını və yanğının necə baş verdiyindən xəbərsiz olduğunu bildirib: "Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq-mühafizə orqanları araşdırır".
Hadisə ətrafında bir neçə versiya irəli sürürlər. Onların fikrincə, evin bədbəxt hadisə nəticəsində yanmadığı dəqiqdir. Yəni evin yandırılması məlum zorlama hadisəsindən qaynaqlanır. Ehtimal edilir ki, yanğın zorlandığı bildirilən qadının yaxınlarından biri, yaxud bir neçəsi tərəfindən törədilə bilər. Amma bu barədə son sözü istintaq deməlidir. Ev yandırıldığından, əl izlərinin qalması ehtimalı yoxdur və görünür, yanğın törədən şəxs bunu nəzərə alıb. Bildirilir ki, hadisədən sonra daha çox həmin qadının yaxınları da istintaqın diqqət mərkəzinə düşüblər.
Ehtimallardan biri isə həmin şəxsin yazdığı, yaxud hansısa faktla bağlı yazacağını təhdid etdiyi şəxs tərəfindən öldürülməsidir. Hərçənd, həmin qəzeti köşklərdən də tapa bilmədik. Reket qəzetlərin ayrı-ayrı məmurlardan şantaj yolu ilə pul tələb etdiyi sirr deyil. Hətta bununla bağlı Mətbuat Şurasının uzun bir siyahısı da var. Bu səbəbdən də baş redaktorun yandırılması ilə bağlı müəmmalar çoxdur.
Yeri gəlmişkən, "Mizan-tərəzi" qəzeti barədə bir neçə mənbədən dəqiqləşdirmə aparsaq da, nə qəzeti, nə də baş redaktoru tanıyan olmadı. Onun adına Mətbuat Şurasının reket jurnalistlərin "qara siyahısı"nda da rast gəlmədik. Öyrəndik ki, heç Mətbuat Şurasında bu qəzet barədə məlumat yoxdur. Qurumun icraçı direktoru Rəhim Hüseynov bildirdi ki, indiyə kimi həmin qəzetdən onlara heç bir şikayət gəlməyib və qəzetin adı "qara siyahı"da da yoxdur. Onun sözlərinə görə, ölkədə çap edilən qəzetlər bir nüsxələrini onlara gətirməli olsalar da, bəziləri buna əməl etmirlər və bu səbəbdən qurum həmin qəzetdən tamamilə xəbərsizdir: "Belə bir qəzetin olub-olmadığı barədə heç bir məlumatımız yoxdur. Fəaliyyəti barədə bir şey deyə bilməyəcəm".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16