Eldar Əzizovu yenidən yoxlayırlar
10:23 16-05-2014
İQTİSADİYYAT
Eldar Əzizovu yenidən yoxlayırlar
Hesablama Palatası Sumqayıt şəhərində Mədəniyyət və
Turizm idarəsinə ayrılan vəsaitlərin xərclənməsini araşdırır
Dünən Hesablama Palatasının Kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Təhsil İdarəsinə, həmçinin Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq olunub.
Qeyd edək ki, bir müddət öncə Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlamışdı. Belə faktların aşkarlandığı icra strukturlarından biri də Sumqayıt Şəhər İcra Hakimiyyəti idi. Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin bir müddət əvvəl təftişi zamanı külli miqdarda korrupsiya halı müəyyən edilib. Hətta aparatın xərcləmələrində 2 milyon manatlıq mənimsəmə qeydə alınıb. Məlumata görə, dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Hesablama Palatasının auditi zamanı müəyyənləşib ki, pul ayrılsa da, layihə-smeta hazırlanmadan bir neçə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni, Sumqayıt şəhər rəhbərliyi bir neçə obyektin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb. Ancaq burada hansı obyektlərdən söhbət getdiyi açıqlanmır. Bununla yanaşı, bir obyektin əsaslı təmiri üçün ayrılan vəsaitin başqa istiqamətə yönəldilməsi faktı da aşkar edilib.Bu səbəbdən də Hesablama Palatası Sumqayıtda yoxlamaları davam etdirməyi qərarlaşdırıb. Ancaq E.Əzizovun qısa müddət ərzində ikinci dəfə yoxlatdırılması maraqlıdır. Çünki Hesablama Palatasının Sumqayıtdakı bir müddət əvvəlki yoxlaması kifayət qədər səs-küyə səbəb olmuşdu. İndi qısa zamandan sonra Hesablama Palatasının Sumqayıtda yoxlamalar aparmasının arxasında ilginc məqamların dayandığı şübhəsizdir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53