Türkiyə sol inqilab astanasında
10:32 16-05-2014
İQTİSADİYYAT
Türkiyə sol inqilab astanasında
Somadakı mədən faciəsindən sonra sensasion iddia: xarici güclər modern islamı bu yolla vurmaq istəyirlər
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış faciə ilə nəticələnib. Qeyd edək ki, mayın 13-də baş vermiş hadisə zamanı 300-ə yaxın insan öldüyü bildirilir.
Partlayış baş verib, nəticədə şaxta uçub. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.
Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bir neçə gündür ki, Türkiyə hökuməti qəzanın nəticələrinin aradan qaldırılmasına çalışır. Siyasi müxalifətin, özəlliklə də, solçu qüvvələrin verdikləri bəyanatlar ciddi proseslərin anonsu sayıla bilər. Bu qüvvələr hakimiyyəti yarıtmazlıqda, insanların taleyinə biganə qalmaqda, işçi hüquqlarını qorumamaqda suçlandırır.
AKP iqtidarını, Ərdoğanın hakimiyyətdə qalmasını istəməyən xarici çevrələr də fəallaşıb. Eynilə Gəzi Parkı olayları zamanı yaşanan situasiya təkrarlana bilər. İngiltərə Xarici İşlər Nazirliyi Türkiyədə baş verən faciə ilə əlaqədar aksiyaların keçiriləcəyini, bununla bağlı bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Vətəndaşlarına çağırış edən Brtitaniya hökuməti baş verəcək aksiyalardan uzaq durmağı tövsiyyə edib. Nazirlikdən verilən məlumata görə, etiraz aksiyalarının keçirilməsi üçün Ankara, İstanbul, İzmir, Antakya, Antalya, Samsun və Quşadasında çağırışlar edilib.
Bu arada AKP hakimiyyətinin durumu qənaətbəxş deyil. Faciə ilə əlaqədar Manisaya getmiş Türkiyənin Baş naziri Ərdoğan etirazla qarşılanıb. Etirazçlara polislər sərt reaksiya verib. Bunun ardından təxminən 200 metr uzaqlıqdakı qrup etirazlara qatılıb. Ərdoğan maşınına minərkən etirazçılar olan yerdə dayanıb və avtomobildən düşüb. Ancaq onu "Baş nazir istefa verməlidir" şüarı ilə qarşılayıblar.
Avqust ayında ölkədə prezident seçkiləri keçirilməlidir. Fövqəladə hadisə baş verməsə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin prezidenti seçiləcək. Aşkar görünür ki, xaricdəki və daxildəki antiƏrdoğan güclər baş nazirin Çankaya köşkünə çıxmasına qarşıdırlar və bunu hər vəchlə əngəlləməyə çalışırlar.
Hazırda təkcə Türkiyədə deyil, bütün dünyada, Yaxın Şərqdə islam passionar gücdür. Son bələdiyyə seçkiləri göstərdi ki, Türkiyə toplumu modern islama səs verir. Ümumxalq səsverməsi ilə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində də Ərdoğanın qalib gələcəyi şübhəsizdir. Ərdoğanın Yeni Osmanlı siyasəti super dövlətlərin marağında deyil. Misirdə baş verən hadisələr, xalqın seçdiyi islamçı prezidentin hərbi qiyamla devrilməsi, buna Qərbin laqeyd qalması bir daha sübut etdi ki, ABŞ və müttəfiqləri Türkiyənin, modern islamın güclənməsini istəmirlər. Demokratiya isə yalnız Qərbə sərf edəndə dəstəklənir.
Ərdoğan və AKP Türkiyədə nüfuzludu. Bunu Qərbdə də yaxşı bilirlər. Baş nazirin və bütövlükdə siyasi islamın yolunu kəsməyin iki yolu var: Misirdəki kimi hərbi qiyam və sol ideyaların, solçu qüvvələrin gücləndirilməsi. Türkiyədə dərin dövlət adlanan gizli hərbi qruplaşmalar ləğv edilib. Ordu siyasi hakimiyyətə təsirsiz hala gətirilib. Qalır dövlət daxilindəki gülənçilər və solçu qüvvələr. Gəzi Parkında islamçı hakimiyyətə baş ağrısı yaradan da delə solçu qüvvələr, onların özəyini təşkil edən ələvilər idi. CHP və digər müxalif partiyaların bəyanatları göstərir ki, Türkiyənin iri şəhərlərində sol ideyalarla kütləvi aksiyaların keçirilməsi gözlənilir. Xarici güclər Ərdoğanın Yeni Osmanlı siyasətini, modern islamın dalbadal qazandığı qələbələri bu yolla-sol inqilabla durdurmaq istəyirlər.
Zaur Sultanbud
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53