Ukraynada hökumət qüvvələri terrorçuların hərbi bazasını məhv etdi
10:33 16-05-2014
İQTİSADİYYAT
Ukraynada hökumət qüvvələri terrorçuların hərbi bazasını məhv etdi
Ukraynada hökumət qüvvələri terrorçuların Kramatorsk şəhəri yaxınlığındakı hərbi bazasını məhv ediblər. Bunu dünən Ali Radada çıxışı zamanı prezidentin səlahiyyətlərini icra edən, parlament sədri Aleksandr Turçinov bəyan edib.
O bildirib ki, gecə saatlarında həmçinin Slavyansk yaxınlığındakı ərazi terrorçulardan təmizlənib. Söhbət Slavyansk, Kramatorsk və Donetsk vilayətinin digər rayonlarına teleyayımı həyata keçirən teleqüllənin ətrafındakı 5 kilometrlik zonadan gedir.
Slavyansk şəhərində
intensiv döyüş gedir
Ukraynanın Slavyansk şəhərinin ətraf rayonlarında döyüş davam edir. Rusiya mətbuatının verdiyi məlumata görə, döyüş yem zavodunun ərazisində gedir.
Artilleriya mərmilərinin partlayış səsləri eşidilir. Döyüşün intensiv xarakter aldığı bildirilir.
Yanukoviçin Rostovda yaşadığı iddia olunur
"Mənim məlumatıma görə, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rostov yaxınlığında onun şəxsi evi var. Oğlu isə Barvixde ev alıb". Xarici mətbuat xəbər verir ki, bunu Ukrayna Dövlət Mühafizə İdarəsinin rəisi Valeri Qletey deyib.
Qeyd edək ki, Kiyevdə keçirilən uzunmüddətli etiraz aksiyalarından sonra Yanukoviç fevral ayında ölkədən qaçıb. Ukraynanın Daxili İşlər Nazirliyi onun barəsində axtarış elan edib. Ukraynanın Təhlükəsizlik Xidməti isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə Yanukoviçin bu ölkənin istintaq orqanlarına təhvil verilməsini xahiş etsə də, bundan imtina edilib. Keçmiş prezident 100 milyard dollardan çox pul oğurlamaqda da ittiham olunur.
ABŞ-ın Ukrayna
siyasətində Rusiyanı
gərən faktor
"Suriya məsələsi həll edilməmiş Ukraynada yaranmış siyasi böhran ABŞ xarici siyasətinin prioritetinə çevrilib. Hadisələr artıq ABŞ və Rusiya hakimiyyətləri arasında böhrana səbəb olub. Obama və Putinin qapalı və açıq ittihamlarından da bunu sezmək mümkündür". Bu barədə isə olaylar.az saytındakı analitik yazıda qeyd edilir.
Bildirilir ki, Ukraynanın coğrafi mövqe Çörçilin deyimilə ifadə etsək, "Dəmir pərdə"nin sərhədlərini təşkil edir: "Polşa, Macarıstan, Rumıniya kimi ölkələr "soyuq müharibə" dövründə məcburi sovet ideologiyasının altında itələndilər. Həmin ölkələrin bir hissəsi Absburq imperiyasından sonra Prussiyanın idarəçiliyi altına düşsələr də, bu gün onlar Qərbin nəzarəti altındadırlar. Ukraynanın Qara dənizə açılan qapısı olan Krım da Qərb və Rusiya qarşıdurmasının əhəmiyyətli faktorlarından biridir. Lakin bu ölkələrin əksinə olaraq, Ukrayna rus mədəniyyətinin tərkibi kimi görünür. Moskvaya görə, Rusiyanın Ukraynanın Qərb sərhədlərindəki hərəkətliliyi təbii qəbul olunmalıdır. Tarixi amillər Rusiyanın Ukrayna sərhədlərini müqavimət nöqtəsinə çevirir. Rusiya üçün nə qədər vacibdirsə, Qərbə görə də o qədər əhəmiyyətlidir. Moskvanın müqavimətini qırmaq üçün Qərb Ukraynada müəyyən siyasi fəaliyyətləri icra edir. Qərb üçün Ukrayna Avropa ilə Rusiya arasında əsas enerji dəhlizidir. Bu səbəb ukraynların ölkəsinə Rusiya və Avropa arasında tampon bölgə statusunu qazandırır. Birinci dəfə Qərb "Narıncı inqilab"la həmin bölgəni öz təsir dairəsində salmaq istəyib. Həmin çevrilişlə Qərb-Rusiya qarşıdurması açıq müstəviyə keçdi. Lakin "Narıncı inqilab" Rusiyanın ABŞ-ın üzərində qələbəsilə başa çatdı. Bununla çevriliş etməkdə ad çıxarmış USAID, "National Democratic Institute for International Affairs", "International Repablican Institute", "NGO freedom House" kimi ABŞ hakimiyyətinə bağlı olan QHT-lərin Ukraynaya axını başladı. Hələ də Kiyevdə ofisləri olan QHT-lər Yanukoviçin devrilməsində də əsas məsuliyyəti daşıyırlar. QHT-lərin Ukraynadakı fəaliyyəti Rusiyanı qıcıqlandıran amillərdir. Turçinovun Moskva əleyhinə səsləndirdiyi bəyanatların arxasında da həmin təşkilatlar dayanır.
Rusiyanın Ukrayna üzərindən Avropaya ixrac etdiyi təbii qaz Qərbə qarşı istifadə etdiyi əsas kartdır. Aİ və ABŞ bunu nəzərə alaraq, iqtisadi amilləri qarşıya çıxarırlar. Ukraynanın daxili siyasətində təsirli olmaq üçün buradakı düşüncə quruluşlarından faydalanırlar. Həmin xarici müdaxilələr isə Ukraynanın bölünməsinə səbəb oldu. Mövcud vəziyyət hətta siyasi böhrandan əlavə, tərəflər arasında silahlı qarşıdurmanın olması ehtimalını gündəmə gətirir. İqtisadi sanksiyalarla yanaşı ABŞ və NATO-nun Qara dəniz, həm də Şərqi Avropaya hərbi qüvvə yerləşdirməsi Rusiyanın əsəblərini bir qədər də gərir. Lakin klassik ənənələrin əksinə olaraq, Qərb məsələni diplomatiya yolu ilə həll edilməsini önə çıxarır. Rusiyanın Krım referendumunun nəticələrini təsdiq etməsindən sonra Obama məsələnin diplomatik həlli variantını ortaya atdı. Lakin Kremlin cəhdlərinə baxmayaraq, ABŞ Yanukoviçdən sonra Ukraynada iqtidara gələn rejimi istər Kerri, istərsə də Nulandın Kiyev səfərlərilə dəstəklədiyini nümayiş etdirdi. Yəni ki, ABŞ "diplomatiya kartı"nı ortaya atmaqla həm beynəlxalq sülhyaratma imicini qorudu, həm də Ukraynanın daxili siyasətindəki mövqeyini gücləndirdi. Bir tərəfdən də Rusiyaya geri çəkilməyəcəyi siqnalını verdi. Məsələdə diqqət çəkən bir məqam da Rusiya qədər ABŞ-ın istər Krım, istərsə də Şərqi Ukraynaya əhəmiyyət verməməsinin görünməsidir. Amerikanın İraq və Əfqanıstan işğalından sonra beynəlxalq hərbi müdaxilə variantını seçməməsi və ölkə iqtisadiyyatını dirçəltmək səyi, özünə qarşı çevrilmiş kənar qüvvələrlə əlaqələrin bərpası ilə izah edilə bilər. Obamadan sonra start verilən "yumşaq güc" siyasəti Ukrayna proseslərində də özünü göstərir. ABŞ-ın dövlət büdcəsindəki kəsirlərinə görə, Suriya ssenarisinin eynisini Ukraynada təkrar edir.
Qarşıdurmanın
yeni sərhədi
Avropa İttifaqı və Amerika Rusiyanı iqtisadi sanksiyalar və diplomatik yollarla dayandırmağa çalşacaqlar. Obamanın da dediyi kimi ABŞ məsələsini hərbi variantla həll etməyin qəti əleyhinədir. Rəsmi Kiyev Qərbə inteqrasiyanı dəstəkləsə də Krım Rusiyaya birləşməyin tərəfindədir. Krımın tamamilə Ukraynadan ayrılması Turçinov hökumətini Brüsselə bir qədər də yaxınlaşdırır. Gələcəkdə Krım məsələsi həllini tapmsa Ukrayna yarı-parçalanmış halda Avropa İttifaqına qəbul edilə bilər. Bununla da Qərb-Rusiya qarşıdurmasında Ukrayna yeni sərhəd yaradacaq".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53