Məmur ölümündə dəhşətli anlar
10:55 17-05-2014
İQTİSADİYYAT
Məmur ölümündə dəhşətli anlar
Bərdənin icra başçısı Vidadi İsayev "Unikal"a ölüm faktı ilə bağlı nələr danışdı?
Son zamanlar demək olar ki, hər gün hansısa məmurun qanunsuz əməlinin ifşa olunması, korrupsiyaya qarşı həyata keçirilən mübarizə nəticəsində həbs olunması ilə bağlı xəbərlər eşitməkdəyik. Bunu da qeyd edək ki, prezident İlham Əliyevin məmur harınlığına qarşı sərt mövqe sərgiləməsindən, sahibkarları incidən icra hakimiyyəti başçılarına qarşı konkret mövqe bildirməsindən sonra məsələ daha da aktuallaşıb.
Təkcə bunu demək lazımdır ki, beşdən çox məmur harın övladlarına görə vəzifələrini itiriblər və bəzi məmurlar haqqında cinayət işləri belə açılıb. Buna baxmayaraq hələ də vətəndaşlara qarşı sayğısızlıq göstərən, tabeliyində olan məmurları az qala qul kimi işlədən, istismar edən yuxarı ranqlı məmurlar mövcuddur və onlarla bağlı zaman-zaman şok yaradacaq məlumatlar səslənməkdədir. Görünür bu səbəbdən artıq ölkədə kadr islahatları daha ciddi şəkil alıb. Bunu da xüsusi olaraq qeyd edək ki, bölgələrdə məmur problemi daha qabarıq şəkildə gündəmə gəlir və bəzi hallarda bunların sonu sözün həqiqi mənasında faicə ilə sona çatır. Bu baxımdan Bərdə rayonundan aldığımız məlumatda kifayət qədər maraqlı və ziddiyətli xəbərdir. Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, bir neçə ay öncə rayonun təhsil şöbəsinin müdirəsi Rəhilə İsmayılova gözlənilmədən dünyasını dəyişib. Təhsil şöbəsinin müdirəsinin ölüm anı isə belə qeyd edilir. Məlumatda iddia edilir ki, Rəhilə İsmayılova ölümündən bir neçə gün öncə Bərdə rayon icra hakimiyyətinə dəvət edilir. Həmin vaxta qədər isə onun səhətində heç bir problem olmayıbmış. Beləliklə icra hakimiyyətinə gələn mərhum Vidadi İsayevin rəhbərliyi ilə təşkil olunmuş iclasda iştirak edib və tənqid edilənlər sırasında olub. İclasın ortasında gözlənilmədən Rəhilə İsmayılovanın səhəti pisləşir və təcili yardımla xəstəxanaya çatdırılır. Bir həftə sonra beyinə qan sızma diaqnozu ilə Rəhilə İsmayılova dünyasını dəyişir. Çox maraqlıdır ki, redaksiyamıza daxil olan məlumatda buda vurğulanır ki, iclasdan bir neçə gün öncə icra hakimiyyətindən qayıdan şöbə müdiri çox əsəbi olub və onun səhərisi günü yaxın çevrəsindən pul istəyib. İddia edilir ki, o pulları rayonda abadlıq işlərinin həyata keçirilməsi üçün istəyirmiş. Yəqin ki, təhsil şöbəsinin kimlərin tapşırığı ilə abadlıq işləri üçün pul axtarmasını araşdırmaq daha maraqlı olar və bununla bağlı yaxın saylarımızda daha tutarlı faktları nəzərinizə çatdıracağıq. Hələlik isə ortada olan məsələ budur ki, mərhumə Rəhilə İsmayılova başçı Vidadi İsayevin rəhbərliyi ilə keçirilən iclasda bu duruma düşüb. Ən qəribəsi isə budur ki, şöbə müdirəsinin ölümü mətbuata sızdırılmayıb və bununla bağlı açılan cinayət işinin nəticəsi ilə bağlı ictimaiətə məlumat verilməyib. Məsələnin detallarını araşdırmaq üçün "Unikal" qəzeti olaraq başçı Vidadi İsayevin mövqeyinidə öyrəndik və qısa müsahibəni nəzərinizə çatdırırıq.
- Vidadi müəllim,salam. Sizi "Unikal" qəzetindən narahat edirik.
- Buyurun, eşidirəm.
- Təhsil şöbəsinin müdirəsi Rəhilə İsmayılovanın ölümü ilə bağlı sizi narahat edirik
- Artıq gecikibsiniz.
-Bildirilir ki, o iclasda sizin tərəfdən sərt tənqid olunub və...
- O ölməyib.
- Həmdə bildirilir ki, ölümündən bir neçə gün öncə siz ondan nələrsə istəyibsiniz.
- Bu məsələ artıq bağlanıb.Heç kimdən heçnə istənilməyib. Bunu yazsanız hamı sizə gülər.
Beləliklə gördüyünüz kimi icra başçısı gah mərhumənin ölmədiyini, gah öləndən sonra istintaq işinin getdiyini və bağlandığını deməsi müəyyən ziddiyyətlər yaradır. Amma mövzunun təfərrüatı ilə bağlı əməkdaşımızın Bərdə rayonunda apardığı araşdırmalar maraqlı nəticələr ortaya çıxartmaqdadır və yaxın günlərdə bunları nəzərinizə çatdıracağıq. Hələlik isə bunu demək olar ki, bu gün rayonda çalışan orta və kiçik ranqlı məmurlar işlərindən azad olunmaq üçün çalışsalarda nədənsə heç bir addım ata bilmirlər.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53