Füzuli Ələkbərovun adı yenidən gündəmə gəlir
08:21 21-05-2014
İQTİSADİYYAT
Füzuli Ələkbərovun adı yenidən gündəmə gəlir
Onun nazir olduğu dövrlə bağlı daha bir nəhəng korrupsiya faktı üzə çıxdı
Dünən Baş Prokurorluq mənimsəmə faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Bugun.az-a verilən məlumata görə, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Haqqında danışılan külli miqdarda korrupsiyanın hansı dövrdə həyata keçirildiyi açıqlanmasa da, buna məhz keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun dövründə yol verildiyi istisna edilmir. Belədə isə keçmiş nazirin özünün də çətin vəziyyətdə qalması istisna olunmamalıdır.
Azərbaycan reallığında bu qədər ciddi rəqəmlərlə müşaiyət olunan korrupsiya əməliyyatını aşağı ranqlı məmurların özfəaliyyətinin nəticəsi kimi qiymətləndirmək inandırıcı görünmür. "Aşağılardakı" hər hansı məmurun az qala yarım milyon dollarlıq bir vəsaiti təkbaşına mənimsəmək ehtimalı azdır. Belədə keçmiş nazir Füzuli Ələkbərovun adının da ortaya çıxan korrupsiya faktı ilə bərabər gündəmə gəlməsini ehtimal etmək olar.
Xatırladaq ki, Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adının korrupsiya faktları ilə bir səslənməsi adi hal almışdı. Hətta nazirlik əməkdaşlarının rüşvət və korrupsiya səbəbindən həbsinə də tez-tez rastlanırdı. Amma Ələkbərovun "vurulmasından" və Səlim Müslümovun adıçəkilən nazirliyin rəhbərliyinə gətirilməsindən sonra sosial müdafiə sistemində vəziyyətin müsbətə doğru əhəmiyyətli şəkildə dəyişdiyi iddia edilir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53