Dövlətə xəyanətə görə cəza 20 illə qaldırılır
08:49 21-05-2014
KRİMİNAL
Dövlətə xəyanətə görə cəza 20 illə qaldırılır
Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə və silahlı qiyama görə cəzalar ağırlaşdırılır
Azərbaycan Cinayət Məcəlləsində dövlətə xəyanət cinayətinin cəzası son həddə qədər artırılır.
Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu əmələ görə cəza 10 ildən 15 ilə qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə və silahlı qiyama görə cəzalar xeyli sərtləşdirilir. Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 278 və 280-ci maddələrinə dəyişiklik təklif olunur.
278-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud hakimiyyətin zorla saxlanılması, habelə dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni cəzalar 280-ci maddəyə (silahlı qiyam) - Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etməyə görə də tətbiq ediləcək. Hazırda hər iki maddəyə görə cəzalar 10 ildən 15 ilə qədərdir.
Azərbaycanda Silahlı Qüvvələrdən və qanunvericiliklə nəzərdə tutulmuş silahlı birləşmələrdən xalqa və dövlət qurumlarına qarşı istifadə etməyə görə cəzalar ağırlaşdırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 275.1-ci maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda bu rəqəmlər müvafiq olaraq 5 ildən 10 ilə qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16