Dövlət Gömrük Komitəsi açıqlama yaydı
11:02 28-05-2014
KRİMİNAL
Dövlət Gömrük Komitəsi açıqlama yaydı
Bir qrup Qarabağ əlilinin DGK-qarşısında keçirdiyi aksiya ilə bağlı rəsmi açıqlama yayılıb
Dövlət Gömrük Komitəsi (DGK) mayın 26-da bir qrup Qarabağ əlilinin komitənin qarşısında keçirdiyi aksiya ilə bağlı açıqlama yayıb.
DGK mətbuat xidmətindən verilən məlumata görə, dünən bir qrup Qarabağ əlili komitənin inzibati binası qarşısına toplanaraq iddia edib ki, guya onlara məxsus Türkiyədən gətirilmiş 23 ton 800 kiloqram portağal yükü əsassız olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük keçid məntəqəsində saxlanılıb və onlardan yükün hər tonuna görə əlavə pul istənilib.
Araşdırmalar zamanı məlum olub ki, yükün əsl sahibi, adı gizli saxlanılan "sahibkar" Qarabağ əlillərinin adından və statusundan istifadə edərək müəyyən güzəştlərdən yararlanmağa çalışıb. Eyni zamanda gətirilən yükün nəqliyyat-müşayiət sənədlərində çatışmazlıqların mövcud olduğu aşkarlanıb: "Əlavə olaraq pul istənilməsi məsələsinə gəlincə, bu gömrük orqanları əməkdaşlarına atılan şər və böhtandan başqa bir şey deyil".
Məsələ ilə bağlı DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev elə həmin gün Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov başda olmaqla bir qrup Qarabağ əlilini qəbul edib, onların fikirlərini dinləyib, mövcud qanunvericiliyə uyğun olaraq məsələnin həlli ilə bağlı müvafiq tövsiyələrini görüş iştirakçılarının nəzərinə çatdırıb: "Görüşdən razılıqla ayrıldıqdan sonra əlillərin bir qrupu nədənsə fikirlərini dəyişərək yuxarı instansiyalara müraciət edərək, təhdidedici bəyanatlar səsləndiriblər. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov şəxsən DGK ilə əlaqə saxlayaraq razılığını ifadə edib, görüşdən sonra etiraz edən əlillərin sadəcə təxribatla məşğul olduqlarını bildirib. DGK rəsmi olaraq bir daha bildirir ki, Qarabağ əlillərinin səsləndirdiyi ittihamlar əsassızdır, məqsədli şəkildə gömrük orqanlarına atılan şər və böhtandır".
Digər Xəbərlər
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20