Bakı ilə Kremlin müttəfiqliyi Ermənistanı çökdürəcək
11:20 19-06-2014
İQTİSADİYYAT
Bakı ilə Kremlin müttəfiqliyi Ermənistanı çökdürəcək
Sergey Lavrovun səfəri prinsipial səfər kimi yadda qalacaq
Rusiyanın baş diplomatı Sergey Lavrovun Azərbaycana səfəri Ermənistanda təşvişlə qarşılanmaqdadır. Belə ki, hələ bir müddət əvvəl Ermənistan mediasında belə iddia səslənirdi ki, Rusiya Azərbaycana görə Ermənistana təzyiqlərini artıracaq və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq.
Çünki bunun müqabilində Azərbaycanın Avrasiya İttifaqına qoşulması gözlənilir. Hazırda isə Sergey Lavrov Azərbaycandadır və müzakirə olunan məsələlərin içində Dağlıq Qarabağla, Avrasiya İttifaqı məsələsi priroritet təşkil olunur. Gəlin, məsələnin hazırkı durumuna baxmamışdan öncə Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakıda verdiyi açıqlamalara baxaq. "Azərbaycan və Rusiya strateji tərəfdaşdır". Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.S. Lavrov bildirib ki, iki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, keçən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: "Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək".S. Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. ". S. Lavrov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladıb və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğulayıb. "Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb".Bunu da Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Bununla belə, S. Lavrov bildirib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: "Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq".Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: "Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək".Hətta bunuda qeyd etmək lazımdırk ki,Sergey Lavrov Azərbaycana gəlməmişdən öncə artıq müəyyən təkliflər Bakıya göndərib və Ermənistana da müəyyən xəbərdarlıqlar edilib. Belə ki, öncələr Ermənistan Dağlıq Qarabağı özünün tərkib bir hissəsi kimi qəbul edirdisə, indi artıq geriyə çəkilmələr müşahidə olunur. Qeyd edək ki, Ermənistan Gömrük İttifaqına üzv olmaq istəyən zaman Azərbaycan prezidenti ilham Əliyevin məktubu nəzərə alındı və Ermənistanın qəbulu ləngidildi. Məktubda isə bildirilirdi ki, Ermənistan bu birliyə BMT-də müəyyənləşmiş sərhədlər çərçivəsində daxil edilməlidir. Ermənistan mətbuatı bu məsələni Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdi və hazırda Ermənistan prezidenti qarşısına qoyulan şərti dolayı yola qəbul edib. Bunu elə onun sonuncu açıqlamasıda təsdiqləyir. Ölkənin İctimai Televiziyasına müsahibə verən Sərkisyan bu məsələnin onun üçün həll edildiyini və şayiələrin mövcud olmasına təəccübləndiyini bildirib:
"Mahiyyətcə hər şey həqiqətən də başa çatıb və aydındır. Bəli, Ermənistan Gömrük İttifaqına son 20-23 ildə digər beynəlxalq strukturlara olduğu kimi özünün qəbul edilmiş sərhədləri ilə inteqrasiya edir. Elə biri varmı ki, bu gedişin yanlış olduğunu bəyan etsin? Düşünürəm ki, belələri olmayacaq. Həqiqət ondan ibarətdir ki, Ermənistanın ikinci erməni respublikası olan Dağlıq Qarabağla (qondarma) xüsusi münasibətləri var. Həmçinin Dağlıq Qarabağın müstəqil respublika olması faktını şübhə altına almaq da düzgün deyil.
Bəli, bəzi kifayət qədər xüsusi məsələlər üzündən biz Qarabağın müstəqilliyini indiyə qədər təsdiqləyə bilməmişik".
Daha sonra Sərkisyan Avrasiya İqtisadi Şurasında Qazaxıstan prezidenti Nazarbayevin bəyanatına da toxunub və bildirib ki, siyasətdə, xüsusən də diplomatiyada emosiyalara yer yoxdur: "Danışıqlar və ya diplomatiyada lovğalığa yer yoxdur. Mən Astanada məlum bəyanata bir çoxlarının təəccüblənməsinə heyrət etdim. Heç kim üçün sirr deyil ki, Azərbaycan sərhəddə gərgin durum yaradır, atəşkəs rejimini pozur və diplomatik sferada müharibəyə başlayır. Azərbaycan prezidentinin Gömrük İttifaqı ölkələrinə məktub göndərməməsi anlaşılmaz olardı. Razı deyiləm ki, bu, bizim üçün gözlənilməz oldu. Bizim 10 nəfərlik nümayəndə heyətimiz vardı və iclas ərəfəsində hər kəs bilirdi ki, Azərbaycan prezidenti üç prezidentə məktub yollayıb. Mən bunun xoş olmamasını deyəndə, İttifaqa üzv ölkələrin Azərbaycan prezidentinə istinad etməsini nəzərdə tutmuşdum". Daha sonra Sərkisyan bu məsələdə onu sərt tənqid edən tənqidçilərə müraciət edərək "Qarabağı məndən qorumayın, bu nəinki təhqiredicidir, həm də absurddur" sözlərini işlədib. Ekspertlər bunu da bildirir ki, Bakı ilə rəsmi Kreml razılaşarsa Ermənistanda gərginlik daha da artacaq, hətta indidən Serj Sarksyanın istefası ilə bağlı müxalifət məsləhətləşmələr həyata keçirir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53