ABŞ İŞİD-ə vaxt qoydu
10:47 25-06-2014
İQTİSADİYYAT
ABŞ İŞİD-ə vaxt qoydu
Terrorçular İraqın ən böyük neftayırma zavodlarından birini ələ keçirdi
ABŞ dövlət katibi Con Kerri İraqda yaranmış vəziyyətlə bağlı bu ölkəyə səfəri zamanı maraqlı açıqlama ilə çıxış edib. O, açıqlama verib ki, İraqda baş verən hadisələrə yaxın həftələrdə son qoyula bilər.
Hazırda isə İraq ordusu ilə İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yaraqlıları arasında amansız döyüşlər səngimək bilmir. Bağdaddan 60 kilometr aralıda olan İŞİD döyüşçüləri artıq ötən həftələr ərzində Samirə, Mosul və Tikrit şəhərlərini ələ keçirib.
Əl-Hillə şəhəri yaxınlığında döyüşçülər məhbusları daşıyan karvana hücum edib. 70 nəfərin öldüyü xəbər verilir. Bundan başqa yerli mətbuat ekstrimistlərin Səddam Hüseyn barəsində ölüm hökmü oxumuş hakimin özünü əsir götürüb, sonradan edam etdikləri xəbəri yayılıb.
İraqın Mosul şəhərində ötən həftə İŞİD qruplaşmasının heykəlləri necə endirdiyini göstərən eksklüziv görüntülər əldə edilib. İyunun 19-da çəkilmiş həvəskar videoda kranla kənarlaşdırıldıqdan sonra yük maşınına yüklənmiş 3 heykəli görmək olur. Bu video Associeted Press-in Mosulda olan jurnalisti tərəfindən əldə olunub. Kadrların düzgünlüyünü təsdiqləmək üçün təsvir olunan ərazi ilə bağlı müqayisələr aparılıb, hadisəni lentə alandan müsahibə götürülüb. Endirilən heykəllərdən biri məşhur İraq musiqiçisi və bəstəkarı Ozman əl-Mosulinin digəri isə Abbasilər Xilafəti dövrünün tanınmış ərəb şairi Əbu Tammamın abidəsi olub.
Bundan başqa, İŞİD terror təşkilatı üzvləri Suriyanın Rakka şəhərində yerləşən Veysəl Karaninin türbəsini partladıblar. Görüntülərdə yüksək miqdarda partladıcı yerləşdirilən türbənin qısa müddət içərisində havaya uçurulduğu aydın görünür.
İŞİD hələ mart ayında da Veysəl Karaninin türbəsini zərər verərək minarələri uçurmuşdu. Daha sonra isə terror təşkilatı qısa müddət içərisində türbəni havaya uçuracağını açıqlamışdı.
Türbənin bombalanması zamanı İŞİD silahlıları məscidin şiələrə aid olduğunu və şirk olduğunu iddia edir.
Qeyd edək ki, Məhəmməd (s.ə.s) peyğəmbərin dövründə yaşayan yəmənli bir müsəlman olan Karaninin Siffin döyüşündə şəhid edildiyi rəvayət edilir.
Digər tərəfdən İraq ordusu, Bağdaddan şimalda yerləşən Beyci neft emalı zavodunda qoşunların terror hücumunun qarşını aldığını göstərən görüntünü ictimaiyyətə paylaşıb. İraq qoşunları Səlahəddin vilayətinin ərazisində yerləşən bu iri neft kompleksinə nəzarət uğrunda islamçı ekstrimistlərə qarşı artıq bir neçə gündür ki, döyüşür.
Britaniyalı ekspertlərin hesablamalarına görə, Beyci neft emalı zavodu İraqda istehsal olunan benzinin 3-də birinə cavabdehdir. Kompleksin yaxınlığında yerləşən İstilik Elektrik Stansiyası isə, ölkənin elektrik enerjisinin 10 faizini təmin edir. Bu müəssələrdəki bütün istehsalat daxili tələbatın ödənilməsinə yönəldiyindən, onların münaqişə ilə bağlı davamlı fəaliyyətsizliyi, İraq hökümətini xaricdən iri partiyalarda neft idxal etməsinə məcbur qoya bilər.
İŞİD üzvlərindən olan bu gəncin etdiyi müraciət Britaniyanı silkələyib. Kardifdən olan 20 yaşlı Britaniya vətəndaşı cihadın bütün müsəlmanların borcu olduğunu deyərək, onları silah qaldıraraq, İraq və Suriyada cihadçılara qoşulmağa səsləyib. Riyad Xan İraqa evdən icazəsiz gedib, valideynlərinin bu səfərdən xəbəri olmayıb. Yalnız bir neçə ay sonra anası onu İŞİD-ın təbliğat xarakterli videoçarxında görüb. Riyad Xanın tanışlarını bu video əməlli başlı çaşdırıb. Belə ki, onların dediyinə görə, bu gənc dildə hər zaman islamçıları pisləyib və nə vaxtsa Britaniyanın Baş Naziri olmağı arzulayırmış. Riyadın anası, ekstirmistlərin oğlunu "beynini yuduqlarını" hesab edir. Üzünü göstərməyə razı olmayan ana, oğlunun qayıtmayacağı halda öləcəyini deyib.
Araşdırma nəticəsində məlum olub ki, Riyad 2012-ci ildə Londonda teror aktı təşkil etməkdə əlaqədar həbs olunan 3 şübhəli ilə eyni küçədə yaşayıb. Britaniya kəşfiyyatına görə, İraqda və Suriyada döyüşən cihadçılar sırasında Britaniyanın minə yaxın vətəndaşı var.
İŞİD qruplaşmasının qüvvələri İraqın Beyci şəhərindəki neft emalı kompleksini tamamilə ələ keçirib. İŞİD nümayəndələri neft emalı müəssisələrini yerli sakinlərin idarəetməsinə verəcəklərini bildiriblər. Beyci İraqın ən iri neft emalı və kimya sənayesi mərkəzidir.
Əl-Ərəbiyə telekanalının məlumatına görə, neft müəssisələrini mühafizə edən İraq hərbçiləri silahlarını yerə qoyaraq şəhəri tərk ediblər. Hazırda silahlılar yeni yaşayış məntəqələrini ələ keçirərək İraqın ikinci ən iri su-elektrik stansiyası yerləşən Hadita şəhərinə yaxınlaşırlar.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53