İsa Qəmbər dövlət maraqlarına xəyanət edir
10:11 26-06-2014
İQTİSADİYYAT
İsa Qəmbər dövlət maraqlarına xəyanət edir
Qərb dairələrindən sifariş alan Müsavat başqanı milli maraqlarımızın əleyhinə gedərək ictimai rəydə anti-Rusiya düşüncəsi yaratmağa çalışır
Məlum olduğu kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər uzun müddətdir ki, müxalifəti parçalamaq missiyasını həyata keçirir.
Siyasi prosesləri izləyənlər də yaxşı xatırlayır ki, İctimai Palata yaradılanda İsa Qəmbər digər partiyaların, ADP və Ümid Partiyasının orda təmsil olunmasına imkan verməmişdi. Ərəb inqilabları başlayanda eyforiyaya qapılaraq icazəsiz aksiyaların keçirilməsi təşəbbüsü də Müsavatdan gəlmişdi. Məhz, elə o gündən də müxalifyönlülər hansısa bir təşəbbüslə çıxış edə bilmirlər. Yəni, gəncləri yanlış istiqamətə yönləndirərək həbsə göndərməklə bu sferada ruh düşkünlüyünə səbəb oldular.
2013-cü il prezident seçkilərindən sonra İsa Qəmbər Milli Şuranı dağıdaraq, müxalifət daxilində yeni qarşıdurma yaratdı. Bu prosesdə isə mehriban düşmən olduqları AXCP ilə münaqişəyə başladılar. Qarşılıqlı ittihamlar o qədər ağır oldu ki, indi tərəflərin hər hansı formada bir arada olması müşkül məsələdir. Bunu AXCP Ali Məclisinin sədri Həsən Kərimov da təsdiqləyib. Belə ki, H.Kərimov Müsavatla AXCP-nin bir arada olmasının mümkünlüyü barədə fikirlərini bildirərkən artıq bütün körpülərin yandığını vurğulayıb: "Biz onların daxili işlərinə qarışmırıq. Bələdiyyə seçkilərini hələ müzakirə etməmişik, amma Müsavatın qərarı var ki, onlar seçkidə iştirak etsinlər. Hər halda Müsavat Milli Şuradan ayrıldıqdan sonra yollarımız ayrılıb. Dediklərinə görə, qurultaya hazırlaşırlar. Biz onlara uğurlar arzulayırıq. Bizim onlarla hər hansı problemimiz yoxdur. Deyirdik ki, bir yerdə fəaliyyət göstərək, güc mərkəzi olaq. Bilirsiz ki, 2010-cu ildə seçkidə birgə iştirak etmişik, çox güclü blok yaratmışdıq. Amma sonradan necə oldu ayrıldılar, bilmirəm. 2003-cü ildən sonra müxalifətin birliyinə çalışmış bir partiyayıq, Əli Kərimli dəfələrlə bəyan edib ki, müxalifətin birliyi naminə bütün iddialarından geri çəkilməyə hazırdır. Zaman-zaman bu addımları atıb. Bu gün də müxalifətin birliyini Milli Şurada görürük".
Qey edək ki, bir müddət öncə Müsavat Partiyası mitinq keçirməklə bağlı bəyanat verdi. Hətta bununla bağlı bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət də etmişdilər. Ancaq sonrada partiya ciddi əsas göstərmədən mitinqi təxirə saldılar. Bu barədə açıqlama verən AXCP funksioneri Müsavatın mitinq niyyətinin ciddi olmadığını bildirib: "Müsavat Milli Şuraya rəsmi müraciət etməmişdi, gənclərə müraciət etmişdilər. Gənclərimiz də həmin mitinqə dəstək verməyə hazır olduqlarını bildirmişdilər. Təəssüflər olsun ki, Müsavat Partiyası mitinqin keçirilməsini təxirə saldı. Mənə elə gəlir ki, bu da manevrlərdən biri idi. Görünür, Müsavatın mitinq keçirmək fikri yox imiş. Ümumiyyətlə, iki partiya arasında körpülər yandırılıb. Amma ola bilər, xalqın taleyüklü məsələləri ilə, məsələn, Dağlıq Qarabağla bağlı hakimiyyətlə hansısa dialoq ola bilər və biz də müxalifətlə birləşib, hakimiyyətlə dialoqa getməyə hazırıq. Bu müzakirələr Müsavat Partiyası ilə də aparıla bilər".
Göründüyü kimi, İsa Qəmbərin "parçala hökm sür" siyasəti nəticəsini verib. Müxalif düşərgənin iki nüvəsi olan partiyalar Müsavat başqanının səyi nəticəsində gücdən düşmüş düşmən vəziyyətindədir.
"Unikal"ı bilgiləndirən Müsavat funksionerlərindən biri deyib ki, İsa Qəmbər açıq aşkar partiya daxilində də avtoritar addımlar atır. Onun sözlərinə görə, Müsavat başqanı partiya fəallarının narazılığına baxmayaraq, ümumi maraqlara ziddi qərarlar verir: "Məlumdur ki, İsa Qəmbər Milli Şuradan ayrıldıqdan sonra xeyli dəstək itirdi. Amma bunun qarşılığını artıqlaması ilə aldı. Konkret hansı dairələrdən olduğunu bilmirəm, amma onu deyə bilərəm ki, İsa Qəmbər Arif Hacılı ilə hakimiyyətdəki müəyyən qurplaşmalarla anlaşıb. Hətta ona kifayət qədər pul da veriblər. Onların sifarişinin birinci mərhələsi Milli Şuradan çıxmaq idisə, ikinci mərhələsi qarşıdan gələn dövrdə müəyyən siyasi proseslərdə iştirak etməkdir. Hələlik İsa Qəmbərin hansı missiyanı yerinə yetirdiyini deyə bilmərəm. Amma onu bilirəm ki, İsa Qəmbər bu dəqiqə Qərb dairələrindən də müəyyən tapşırıqlar alıb. Hazırda Müxalifətin Düşüncə Mərkəzinin yaradılması da onların sifarişidir. Fikir verirsizsə, bu qurum əsasən Rusiya əleyhinə kampaniya aparır. Bu da indiki məqamda Qərbin maraqlarına uyğundur. Rəsmi Bakı Rusiya ilə münasibətləri normal saxlamaq istəyir. Çünki Rusiya kimi nəhəng bir ölkə ilə üz-üzə gəlmək Azərbaycan üçün yalnız problem gətirər. Ancaq İsa Qəmbər özü və ətrafı azmış kimi, bütün siyasi qüvvələri Rusiyaya qarşı qaldırmağa çalışır".
Təbii ki, indiki məqamda Azərbaycanın Rusiyaya qarşı səlib yürüşü elan etməsi və şimal qonşusuna cəbhə açması dövlətçilik maraqlarımıza ziddir. Ancaq görünən odur ki, İsa Qəmbər dövlət və milli maraqlarımızı qətiyyən nəzərə almır. Yəni, bu dəqiqə onu Qərb dairələrindən aldığı və bundan sonrakı dövrdə alacağı pullar maraqlandırır. Daha dəqiq desək, Müsavat başqanı bu saat milli və dövlət maraqlarımıza xəyanət edərək, şəxsi mənafeyini təmin etməkdədir. Ancaq bu da danılmaz faktdır ki, milli maraqlarını şəxsi mənafeyinə qurban verən hər bir siyasətçi bu ölkənin tarixində xəyanətkar kimi qalacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17