Yol polisləri ilə sürücünün "lotu" söhbəti
12:37 08-07-2014
KRİMİNAL
Yol polisləri ilə sürücünün "lotu" söhbəti
Bakıda yol polisləri ilə sürücü və bir qrup gənc arasında insident yaşanıb
İyulun 6-da saat 12-1 radələrində Nəsimi rayonu ərazisində yol polisləri ilə sürücü və bir qrup gənc arasında insident yaşanıb.
Hadisə şahidləri tərəfindən təqdim olunan videomaterialda maraqlı dialoq yaranıb. Gümüşü rəngli "Opel" markalı minik maşınının sürücüsü və onun yanında olan gənclər 4 nəfər yol polisi ilə mübahisə edir. Yol polislərini itələyən, hətta, küçə sözləri ilə təhqir edən gənclər DYP əməkdaşlarından birini əli ilə itələyərək ona "lotuluq eləmə" deyir. Elə polislər və 4 nəfərdən ibarət olan həmin gəncləri əlləri ilə itələyirlər. Heç bir qanuni söhbət aparılmır. Sadəcə, sanki küçədə adi vətəndaşlar bir-birilə mübahisə edərək təhqiramiz ifadələr, küçə sözləri işlədirlər. Yəni, DYP əməkdaşları belə vəziyyətdə vətəndaşı qanunlara əməl etməyə, sənədləri təqdim etməyə dəvət etməli, vətəndaş buna əməl etmədikdə Post-Patrul Xidmətini çağırmalı olduğu halda tamam başqa mənzərənin şahidi oluruq.
Şahidlərin Avtosfer.az-a verdiyi məlumata görə, hadisənin baş verdiyi ərazi Bəşir Səfəroğlu küçəsi, 152-dir. Həmin küçə ilə hərəkət edən "Opel"i 10 YP 462 dövlət nömrə nişanlı DYP maşını saxlayıb. Polisin "saxla" əmrinə tabe olmayan sürücünü həmin ünvanda başqa DYP maşınının köməyi ilə tuta biliblər. Belə ki, digər DYP avtomobili həmin küçəyə əks yoldan girərək "Opel"in qarşısını kəsib. Bundan sonra "Opel"də olan gənclərlə hər iki DYP maşınında olan 4 polis əməkdaşı arasında gördüyünüz bu mübahisə baş verib.
Şahidlərdən biri Avtosfer.az-a bunları yazıb: "DYP maşınlarından biri arxada, digəri qarşıda dayanıb "Opel"i saxlamışdılar. Təxminən 15 dəqiqə mübahisə etdilər. Səs-küyə ətrafda yaşayan insanlar çıxıb onları ayırmağa, sakitləşdirməyə çalışdılar. Lakin mübahisə davam edirdi. Sürücü DYP işçilərinə deyirdi ki, maşını çək kənara, gedək başqa yerdə söhbət edək, yolu bağlamısan. DYP əməkdaşlarından biri cavab verdi ki, narahat olma, mənlikdi, sənə nə?
Dava olmadı, sadəcə mübahisə edib bir-birlərini söyürdülər, küçə söhbətləri edirdilər, polis sürücüyə deyirdi, lotuluq eləmə, sürücü də onlara cavab qaytarırdı ki, siz lotuluq edirsiniz".
Şahidlərin dediyinə görə, mübahisənin baş verməsinə səbəb DYP əməkdaşlarından birinin həmin sürücünü Hüsü Hacıyev küçəsində saxlaması olub. Belə ki, orada yol polisi sürücüyə qayda pozduğunu bildirərək sənədləri tələb edib. Lakin sürücü sənəd verməyib. Yol polisi isə ona "sənədləri ver, baxıb qaytaracam" dedikdən sonra sürücü onunla razılaşıb. Ancaq DYP əməkdaşı sənədləri alan kimi protokol yazmağa başladıqda sürücü əsəbləşərək sənədləri onun əlindən alıb. Sonra isə maşına minərək qaçmağa başlayıb.
Bunu görən yol polisləri onu təqib etməyə başlayıb. DYP maşınlarından biri onun arxasınca gedib, digəri isə başqa yolla gedərək qarşısını kəsib. Orada da izlədiyiniz bu hadisə baş verib.
Hadisə şahidi yazır: "Videoda düşməyib. Sürücü oturdu maşına, DYP əməkdaşlarından biri də onun yanında oturdu. Sürücü əlini bayıra çıxarıb vurdu "parpresə və dedi ki, "bu maşın Azərbaycanın sonu olacaq". Onun nə demək istədiyini anlamadım. Və sürüb getdilər".
Qeyd edək ki, Avtosfer.az-ın əməkdaşı onların söhbətinin sonrakı mərhələsinin şahidi olub. Belə ki, Hüsü Hacıyev küçəsində - Daxili İşlər Nazirliyinin binasından 100 metr "5 mərtəbə"yə tərəf hissədə 3 YPX maşını həmin "Opel"dəki gənclərlə mübahisə ediblər. Onlar qəflətən ara küçələrdən çıxaraq həmin ərazidə dayanıblar və maşındakı gənclərlə söhbət davam etdirilib. Yol polislərindən biri həmin avtomobilin sürücüsü isə maşında, digərləri isə avtomobildəki sərnişinlərlə səkinin üstündə qızğın mübahisə ediblər. Onların söhbətinin axırı isə bizə məlum deyil. Hər halda, yol polisindən açıqlama gözləyirik...
Gənclərin yol polislərinə qarşı kobud və təhqiramiz hərəkətləri, onları insanların arasında alçaldan fikirlər səsləndirməsi diqqətdən yayınmır. Bütün söhbətlər bu tonda davam edir. Yol polislərinin gənclərə nisbətən sakit davranışı da tam başadüşüləndir. Lakin qanunun icazə verdiyi formada onlara qarşı mütləq tədbir görülməlidir. Əgər yol polisləri də qanunu pozubsa, onları da cəzasız buraxmaq olmaz. Ən azından, küçədə, insanların arasında məsələni bu səviyyəyə çatdırmaq lazım deyildi.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16