Siyavuş Novruzov: "Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu girov götürülən şəxslərin tezliklə Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər"
11:24 18-07-2014
CƏMİYYƏT
Siyavuş Novruzov: "Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu girov götürülən şəxslərin tezliklə
Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər"
"Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar öz ata-baba yurdunu, doğulduğu evi, oxuduğu məktəbi, valideynlərinin məzarlarını ziyarət etmək, bundan mənəvi təskinlik tapmaq istəyiblər. Məsələyə həm beynəlxalq təşkilatların, həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin yanaşması bu formada olmalı və onlar həmin şəxslərin tezliklə azad edillməsini və Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər". Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, azərbaycanlıların ermənilər tərəfindən Azərbaycan ərazisində girov götürülməsi və onlara işgəncə verilməsi qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir: "Ermənilər tərəfindən girov götürülənlər öz ata-baba yurdlarına gediblər. Onların ora getmək hüququ var. Bu, Azərbaycanın ərazisidir və işğal altındadır. Onlara "diversant", "kəşfiyyatçı" və ya hər hansı digər ad qoymaq tamamilə yanlışdır. Azərbaycanlıların Azərbaycanın sərhədləri daxilində silahlı şəxslər tərəfindən tutulması və onlara cinayət işinin açılması qəti şəkildə düzgün deyil. Ora BMT-nin xəritəsində də Azərbaycanın ərazisi kimi göstərilib. Nəinki Kəlbəcər, Dağlıq Qarabağ da, Xankəndi də, Şuşa da Azərbaycanın əzəli və əbədi əraziləridir".
S.Novruzov qeyd edib ki, bu yaxınlarda bir Ermənistan vətəndaşı Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini keçmişdi. Azərbaycan tərəfi həmin şəxsi hətta müalicə edib sağaltdı və Ermənistan tərəfinə təhvil verdi. Lakin ermənilər isə tutulan azərbaycanlılara işgəncə verirlər: "Bu gün biz yenə erməni vəhşiliyinin şahidi oluruq. Ermənistan müdafiə nazirinin kəskin bəyanatı, Ermənistan rəhbərliyində təmsil olunan insanların məsələyə qeyri-humanist münasibəti, buna müxtəlif adların verilməsi, beynəlxalq təşkilatlara guya Azərbaycanın gizli olaraq "diversant" göndərməsi barədə məlumat ötürməsi böhtan xarakteri daşıyan məsələlərdir. Hesab edirəm ki, dünya ictimaiyyəti bunu düzgün qiymətləndirməlidir, əsir və girovlarla davranış qaydalarında beynəlxalq kodeksə əməl olunmalıdır. Lakin ermənilər girov götürdüyü azərbaycanlılara işgəncələr verirlər. Azərbaycanlı girovlardan birinin gözünün çıxarıldığı bildirilir. Ermənilər bunu qəhrəmanlıq hesab edirlər. Dinc sakinlərin tutulmasını özlərinin xüsusi xidmət orqanlarının qəhrəmanlığı kimi qələmə verməyə çalışırlar. Bu isə ictimaiyyətdə gülüş doğurur. Silahsız dinc sakinin belə vəziyyətdə, xeyli adam cəlb edilməklə tutulması bir şoudur".
Millət vəkili bildirib ki, hazırda bütün Azərbaycan cəmiyyəti bundan narahatdır, dövlət isə öz tərəfindən lazım olan bütün addımları atır.
S.Novruzov Moskvanın girov götürülmüş şəxslərdən birinin Rusiya vətəndaşı olması faktına heç bir reaksiyaya verməməsinə də münasibət bildirib: "Ermənilər tərəfindən girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olması faktına Rusiya tərəfinin heç bir reaksiya verməməsi düzgün deyil. Rusiya buna dinməz-söyləməz yanaşmamalı və bu məsələyə ciddi reaksiya bildirməlidir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22