İsa Qəmbərlə Tahir Kərimli arasında mübahisə
11:39 18-09-2014
CƏMİYYƏT
İsa Qəmbərlə Tahir Kərimli arasında mübahisə
Vəhdət sədri: "Hazırda Azərbaycanda müxalifətin durumu ağırdır"
"İsa Qəmbər və Əli Kərimli hakimiyyətə gələcəkləri təqdirdə ölkədə sabitlik yaradacaqlarını nə vaxtsa deyiblərmi? Yox. Çünki onlar anlayırlar ki, ölkədəki bugünkü sabitliyi qoruyub, saxlaya bilməyəcəklər".
Bunu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi "Azərbaycanda demokratiyanın vəziyyəti" mövzusunda keçirilən konfransda Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T. Kərimli bildirib ki, hazırda Azərbaycanda müxalifətin durumu ağırdır. Onun sözlərinə görə, müxalifət hakimiyyətlə dialoqa getməlidir: "Müxalifət bu gün hədsiz dərəcədə zəifləyib. İsa Qəmbərin də dediyi kimi, xalq müxalifətə inamını itirib. Bunun da səbəbi özümüzdədir. Mən hesab edirəm ki, biz ölkədəki vəziyyəti dəyişmək üçün hakimiyyət nümayəndələri ilə danışıqlar aparmalıyıq. Əgər buna cəhd olacaqsa, səmərə verəcəyinə ümid edirəm".
Müsavat başqanı İ.Qəmbər isə buna etiraz edərək bildirib ki, xalqın müxalifətə inamını itirdiyi barədə fikir səsləndirməyib: "Görünür, mənim fikrim yanlış anlaşılıb. Mən dedim ki, cəmiyyət hakimiyyətin dinc yolla dəyişməsinə etimadını itirib. Azərbaycan xalqı proseslərə fəal qoşulmur. Mən bu tezisi yəqin düzgün izah etməmişəm ki, bəziləri bunu səhv anlayıb ".
Onun sözlərinə görə, Azərbaycan müxalifətində demokratiya və ümumi məsələlərdə hakimiyyətlə dialoqa etiraz edən bir nəfər də siyasətçi yoxdur.
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24