"Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb"
10:51 30-09-2014
CƏMİYYƏT
"Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb"
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı yaydığı növbəti hesabata münasibət bildirib.
S.Novrzov açıqlamasında bildirib ki, son bir neçə ayda Azərbaycana qarşı olan müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qərəzli, heç bir əsası olmayan mənfi bəyanatlar səslənir: "Bir qrup da bu bəyanatlardan sonra Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsinə, gələn il keçiriləcək Avropa Yay Olimpiya oyunlarının Bakıda keçirilməməsinə çağırış edir. Bunlar hamısının səbəbi Azərbaycanın artan iqtisadi gücü, aparılan islahatlar və ictimai-siyasi sabitlikdir. Azərbaycanı gözü götürməyən qüvvələr, xüsusilə erməni lobbisi Azərbaycanın sərvətlərini istifadə etməyə çalışan müəyyən maliyyə dairələri çalışır ki, "Human Rights Watch" "Freedom House" və digər əl təşkilatları vasitəsilə ölkəmiz əleyhinə informasiyalar yayırlar. Bu təşkilatın idarə heyətinin üzvlərindən bir neçəsi ermənidir. Belə təşkilatların Azərbaycanda haqda hansı söz deyib-deməməsindən asılı olmayaraq onların fikirlərinin bir əhəmiyyəti yoxdu. Hətta Obamanın özünə də düzgün olmayan məlumatlar çatdırmışdılar. Erməni lobbisi və xidmət orqanlarına çalışan müxtəlif şəxslər məsuliyyətə cəlb edilib".
YAP funksioneri qeyd edib ki, beynəlxalq təşkilatlar bu cür bəyanatlarla istintaqa təzyiq edirlər: "Avropa təşkilatları tələb edir ki, bunlar dərhal azad edilsin. Dünyanın heç bir yerində belə anlayış yoxdur ki, istintaq getdiyi halda, hələ məhkəmə keçirilməmiş sərbəst buraxılsın. Onlar əsir götürülməyib ki, şərtsiz azad olunsun?! Bunlar ölkənin təhlükəsizliyi əleyhinə iş apardığı üçün məsuliyyətə cəlb edilib. Bu bəyanatlarla isə istintaqa təzyiq edirlər. Bütün dünya erməniləri birləşib məhz bu adamların azadlığa çıxmasını tələb edir. Çünki Azərbaycandakı erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb məsuliyyətə cəlb edildi. Digər səbəb də qrantlarla bağlıdır. Alınan və xərclənən maliyyə vəsaiti haqda ictimaiyyətə məlumat verməyiblər. Qrant verən təşkilatlar da maliyyə maxinasiyasına yol verib, özlərinə da pay götürüblər. Bu bizə məlumdur və artıq istintaqa təqdim edilib. Ona görə də bu təşkilatlar narahatdır ki, adları gələcəkdə məhkəmədə çəkiləcək və qrantın neçə faizin özündə saxladığı açıqlanacaq".
Siyavuş Novruzov bəyanatda qeyd olunan jurnalistərə təzyiq edilməsi iddiası haqda da danışıb: "Bu gün Azərbaycan dövləti jurnalistlərə mənzillər tikib verir. Qəzetlər Mətbuat Fondu tərəfindən maliyyələşdirilir. Mövqeyindən asılı olmayaraq hər birinə ildə təxminən 100 min manat vəsait ayrılır. Bir dövlət nümunəsi göstərsinlər ki, jurnalistlərə bu cür qayğı göstərir. Bir bina tikilib, pulsuz mənzil verildi. İkinci bina da 2015-ci ildə yenə də jurnalistlərin istifadəsinə veriləcək. Qəzetlərin borcu ödənilir. Hansı təzyiqdən söhbət gedə bilər?! Sadəcə, jurnalist müstəqil olmalıdır. Bir də görürsən, həm partiya sədrinin müavinidir, həm də jurnalist. Törətdiyi əməl də tamam başqa bir haldır. Amma onu dərhal jurnalist adı ilə hallandırırlar. Əslində, jurnalistdirsə, siyasətdən tamamilə uzaq olmalıdır. Bəziləri həm partiyanın idarəetmə orqanında təmsil olunur, həm də QHT rəhbəri olur. QHT üçün aldığı qrantı da partiyaya yönəldilir. Bu sadaladığım hallar gələcəkdə qanunvericilikdə tənzimlənməlidir. Jurnalist peşə fəaliyyəti ilə məşğul olmalıdır".
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26