Bu gün "Hafka"nı böyük şok gözləyir
09:51 01-10-2014
CƏMİYYƏT
Bu gün "Hafka"nı böyük şok gözləyir
Məhkəmə icraçıları qalmaqallı iş adamının villasını boşaldacaqlar
Dünən "Baghlan Group" şirkətinin və "Bakı" futbol klubunun prezidenti, "Hafka" ləqəbilə tanınmış milyoner Hafiz Məmmədovla bağlı modern.az saytına ilginc məlumat daxil olub. Sayta verilən məlumata görə, Hafiz Məmmədovun Bakıdakı malikanəsi bu dəqiqələrdə məhkəmə icraçıları tərəfindən boşaldılır.
İş adamının Teymur Əliyev küçəci 63 ünvanında yerləşən, dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına məhkəmə icraçıları, polis toplaşıb.
Məlumata görə, villanı mühafizə edən silahlı qoruyucular məhkəmə icraçılarını binaya buraxmaqdan imtina ediblər. Məsələ ilə bağlı H. Məmmədov məlumatlandırılıb və o probelmin həll etmək üçün çalışdığını deyib.
Məlumatda həmçinin bildirilib ki, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Məhkmə 300 min manat borcu qaytara bilmədiyinə görə, onun əmlakının boşaldılması barədə qərar verib.
Əldə olunan ən son informasiyaya görə isə Hafiz Məmmədov məhkəmə icraçılarından bu günə qədər vaxt istəyib və borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınıb ki, evin boşaldılması bu gün saat 12-ə qədər təxirə salınsın. Əgər "Hafka" pulu ödəyə bilməsə, onun villasının boşaldılacağı qətidir.
Onu da deyək ki, "Hafka" ləqəbli qalmaqallı iş adamı Hafiz Məmmədov bir müddətdir maliyyə böhranı içərisində çabalayır. Bu səbəbdən onun işçiləri maaş almaqda çətinlik çəkir. Həmçinin "Hafka"nın sahibi olduğu Bakının eyniadlı futbol klubu və sponsoru olduğu Fransanın "Lans" komandası maliyyə çətinlikləri ilə üzləşib.
İş adamının villasının boşaldılması xəbərinə gəlincə: hələ avqust ayında KİV-də belə məlumatlar yayılmışdı ki, Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb. Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının verdiyi məlumata görə, Hafkanın bu ərazidə bir neçə villası var. "Hafiz Məmmədovun villaları böyük pəncərəsi və əksəriyyətinin həyətində qurulan yaşıl çardaqla seçilir. Həm də memarlıq baxımından bir-birinə bənzəyirlər. Ona görə də onları digər villalardan seçmək asandır" - onlar bildiriblər. Müşahidələr zamanı özünün yaşadığı bildirilən villanın qarşısında dayanmış 10 MN 010 dövlət nömrə nişanlı "Porşe"nin Hafiz Məmmədovun ailəsinə aid olduğu da qeyd edilib. Dəllalların sözlərinə görə, burada satışda olan villalar normal halda 2 milyon manatdan başlayır: ""Hafka"nın villalarının ən aşağı qiyməti isə 3 milyondur. Müəllimin burda daha bahalı villası da var".
Həmin vaxt istisna edilmirdi ki, "Hafka"nın öz bahalı mülklərini satması onun son zamanlar ciddi maliyyə böhranı ilə üzləşməsi ilə bağlıdır.
İndi onun Teymur Əliyev küçəsindəki villasının boşaldılması xəbərindən belə qənaətə gəlmək mümkündür ki, əslində işin bu həddə çatacağından "Baghlan Group" şirkətinin prezidenti əvvəlcədən məlumatlı olub. O, villalarının əlindən çıxmaq ehtimalını nəzərə alıb və önləyici tədbir kimi onları satmağı qərarlaşdırıb.
İstisna deyil ki, Hafiz Məmmədov ya villaları satmaq üçün uyğun müştəri tapmaqda çətinlik çəkir, ya da onun külli miqdarda borclarının yaranması səbəbindən həmin mülklərin satışının həyata keçirilməsinə icazə verilmir. Çünki iş adamına borclarını ödətdirmək üçün həmin mülklərə əl qoymaqdan başqa çıxış yolunun qalmadığı aydın görünür.
Dünən "Unikal"ın əldə etdiyi məlumata görə, Hafiz Məmmədovdan bir neçə aylıq maaşını ala bilməyən bir xeyli işçi bir neçə həftə əvvəl çarəni Heydər Əliyev Fonduna müraciət etməkdə görüblər. Yalnız Fondun müdaxiləsindən sonra işçilər yığılıb qalan əməkhaqlarını ala biliblər.
Bu məlumatın özü də "Hafka" ləqəbli iş adamının maliyyə çətinliklərinin nə qədər dərin olduğunu bir daha çox aydın şəkildə göstərir. "Baghlan Group" prezidentinin düşdüyü vəziyyətdən necə çıxacağı isə maraq doğurur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22