AXCP sədrinə sərt təpki
09:54 01-10-2014
CƏMİYYƏT
AXCP sədrinə sərt təpki
Elçin Mirzəbəyli: "Bu, Əli Kərimlinin hansı ağıla sahib olduğunun göstəricisidir"
"Tarix təkrarlanır. Vaxtilə AXCP ilə İsa Qəmbər və digərləri də bir araya gələrək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrini tanımadıqlarını bəyan edirdilər. İndi də AXCP Müsavata qarşı eyni hərəkətləri təkrarlayır".
Bunu BAXCP-nin sədr müavini Elcin Mirzəbəyli AXCP-nin Arif Hacılının Müsavat başqan seçilməsini tanımamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələnin mahiyyətində Arif Hacılı ilə Əli Kərimli arasında çox ciddi problemlərin olması dayanır: "Görünür bu problemlər onların gələcəkdə hər hansı bir formada əməkdaşlığına təsir göstərəcək. Əli Kərimli çox arzulayırdı ki, İsa Qəmbərdən sonra Müsavatda elə bir adam başqan olsun ki, faktiki olaraq radikal düşərgədə yalnız Əli Kərimlinin sözü keçsin. Amma Arif Hacılının başqan seçilməsi onun istəklərini alt-üst etdi. Arif Hacılı Əli Kərimlindən daha çox xarakterə malikdir. Ona görə də, Əli Kərimli öncədən Müsavatın qurultayının nəticələrini tanımadığını bəyan edib. Bu anormal yanaşmadır. Hər hansı bir siyasi partiyanın daxilində hər hansı bir hadisə baş verirsə, bununla həmin siyasi partiyanın daxilindəki müvafiq qurumlar məşğul olmalıdır. Hansısa bir siyasi partiyanın sədrinin belə bir bəyanat verməsi absurddur. Bu, Əli Kərimlinin hansı ağıla sahib olduğunun göstəricisidir".
Digər Xəbərlər
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54