Azərbaycanın Həştərxan mövqeyi
09:57 01-10-2014
CƏMİYYƏT
Azərbaycanın Həştərxan mövqeyi
İlham Əliyev açıq bəyanatlarla çıxış etdi
Nəhayət ki, Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti baş tutdu. Bu sammitin keçirilməsi Azərbaycan üçün çox vacib idi və burada bir sıra nüanslar gözlənilirdi. İlk növbədə son zamanlar regionda gərginliyin artması, Ukrayna probleminin regiona təsiri müəyyən məammalar yaradırdı və bu səbəbdən dövlət başçılarının görüşləri vacib idi.
Bu halda Rusiya-Azərbaycan prezidentlərinin görüşü Azərbaycan üçün daha çox önəm daşıyırdı. Bildiyiniz kimi Ukrayna olaylarına görə dünya dövlətləri Rusiyaya iqtisadi embarqo tətbiq ediblər və Rusiya bu boşluğu doldurmaq üçün yeni bazarlar axtarır ki, bu sırada Azərbaycanda ön sıralardadır.Azərbaycan Ukrayna məsələsində Ukraynanın ərazi bütövlüyünü tanısada, bir sıra məsələlərdə dövlət maraqlarından çıxış etmə xətti tutdu. O cümlədən Rusiya ilə iqtisadi əlaqələr baxımındanda. Əksər ekspertdə hesab edir ki, Azərbaycanın mövqeyi doğru mövqe oldu. Çünki hazırda Rusiyada bir milyondan çox azərbaycanlı yaşayır və Rusiya ilə iqtisadi əlaqələr o qədər dərindir ki, hansısa radikal addım nəinki bu əlaqələrə zərbə vuracaq, hətta buna görə Azərbaycanın özüdə ciddi iqtisadi itkilərlə üz-üzə qala bilərdi. Məhz buna görə Azərbaycanın Rusiyaya yanaşmada ikitərəfli münasibətləri qoruyub saxlaması şərt kimi qəbul olunurdu. Elə Xəzəryanı dövlət başçılarının 4-cü sammiti çərçivəsində İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməsi və qarşılıqlı bəyanatlarla çıxış etməsi Azərbaycanın mövqeyini bir daha əks etdirdi. Belə ki, görüşdə əsasən ikitərəfli ticarət-iqtisadi və mədəni əlaqələr müzakirə edilib.Rusiya prezidenti Vladimir Putin iki ölkə arasındakı qarşılıqlı dostluq əlaqələrindən söz açıb."Biz çox şadıq ki, əlaqələrimiz müxtəlif istiqamətlər üzrə ən həssas sferalara da daxil olmaqla dostluq üsulları ilə inkişaf edir. Dünya və Rusiya iqtisadiyyatındakı bəzi problemlərə baxmayaraq əmtəə dövriyyəsinin artmasını qeyd etmək olar. Ona görə də biz həmişə görüşməliyik, ikitərəfli münasibətləri müzakirə etməliyik".
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Həştərxan sammitinin müvəffəqiyyətlə tamamlanması münasibəti ilə Kreml rəhbəri Vladimir Putini təbrik edib. Azərbaycan dövlət başçısı bildirib ki, ikitərəfli münasibətlərdən məmnundur. "Bütün istiqamətlər üzrə, iqtisadi, siyasi, energetika, humanitar əməkdaşlıqla bağlı məsələlərdə müsbət dinamika müşahidə olunur. Biz bu pozitiv dinamikadan şadıq".Bundan başqa prezidentlərin iştirakı ilə qarşılıqlı dəstək və investisiyaların müdafiəsi haqqında hökumətlərarası saziş imzalanıb. Sazişi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Azərbaycan tərəfdən isə iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıb. Bu sammitin başqa maraqlı bir nüansı isə tərəflərin ortaq məxrəcə gəlməyə yaxınlaşmasıdır. Bu günə qədər Xəzəryanı dövlətlər Xəzərin bölünməsində ortaq məxrəcə gəlməkdən çox uzaq olublar ki, nəticədə bu ciddi bir siyasi gərginliyə çevrilmişdi. Hazırda isə mövqelərdə bir yumşalma var və əsasən Türkmənistanla Azərbaycan münasibətlərində yaxınlığın yaranması xüsusi olaraq qeyd edilməlidir. Bunu da qeyd edək ki, toplantıda Azərbaycan prezidenti bir daha Azərbaycanın Xəzərin bölünməsi ilə bağlı yanaşmasını açıq şəkildə bəyan etdi və ekspertlər hesab edir ki, bu mövqeyə yanaşma loyal oldu. Azərbaycanın mövqeyinə gəldikdə isə İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Xəzərin dibinə görə bölünməsi ən optimal yoldur: "Azərbaycan ekoloji sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bügünkü vəziyyəti ilə bağlı sahilyanı dövlətlərin ümumi narahatlığını bölüşür. Biz daha səmərəli əməkdaşlıq üzrə ümumi səyləri yüksək qiymətləndiririk və Xəzərin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində işə öz töhfəmizi veririk. Bakı sammitində qəbul olunmuş birgə həllə sadiqliyimizi təsdiq edərək, sahilyanı dövlətin suverenliyinə şamil edilən su məkanının daxil olduğu 25 dəniz milindən çıxış edərək milli zonanın eninin müvafiq razılaşdırılmasının tərəfdarıyıq. Biz dəniz dibinin bölünməsinin başlıca normaları qismində orta xəttin əsas prinsiplərini dəyişməz hesab edirik, dənizçilik, Xəzər dənizindnə digər dənizlərə azad çıxış və tranzit məsələlərinə böyük önəm veririk". Bunu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalanıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını imzalayıblar.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54