Əli Kərimli ilə İsa Qəmbər arasında yeni qarşıdurma
12:03 02-10-2014
CƏMİYYƏT
Əli Kərimli ilə İsa Qəmbər arasında yeni qarşıdurma
AXCP sədri Müsavatın keçmiş və yeni başqanından incidiyini açıq şəkildə etiraf etdi
Müsavat Partiyasının qurultayının yaratdığı ajiotaj hələ də səngiməyib. İndi də AXCP ilə Müsavat arasında yeni gərginliyə səbəb olub.
Belə ki, AXCP rəhbərliyinin qurultaya dəvət olunmaması tərəflər arasında qarşıdurmanın daha da alovlandırıb. Hətta AXCP sədri Əli Kərimli bunu açıq şəkildə ifadə edib. AXCP sədri Əli Kərimli bu gün "Azadlıq" radiosunun qonağı olub. Canlı efir zamanı Ə.Kərimli "AXCP sədri hazırda soyuq münasibətləri olan Müsavat Partiyasının yeni sədrinin seçilməsi haqda niyə heç bir münasibət bildirməyib?" və "Arif Hacılını təbrik edəcəkmi?" suallarına cavab verib.
Ə.Kərimli bildirib ki, onlar Müsavat partiyası ilə Milli Şurada birlikdə olublar: "AXCP öz yolunu başladığı kimi davam edir. Onlar bizi tərk etdi. Ona görə də "niyə bir yerdə deyilik?" sualı bizə ünvanlanmalı deyil. Biz 2013-cü ildə Milli Şuranı yaradan zaman qəbul edilən bəyənnaməyə sədaqət göstərərək bir santimetr də yolumuzu sapmadan gəlirik. Təssüf ki, hamı bizimlə bu yolu səbatlı şəkildə gələ bilmədi. İndi isə biz demək olar ki, fərqli düşərgələrdəyik".
AXCP sədri "Müsavat" daxilindəki mübahisələrə diqqət çəkib: "Heç Müsavat Partiyası da bizi qurultayına dəvət etməmişdi. Dəvət etsəydilər, sonrakı münasibətlər haqda düşünərdik. Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Bu gün öz daxillərində müəyyən mübahisələr yaranıb. Tarixə ekskursiya edərək deyirəm ki, vaxtilə xalq cəbhəsinin daxilində belə ciddi münaqişələr olub və Müsavat Partiyasının hansı rol oynadığı bəllidir, amma biz onların daxilində baş verənlərə qarışmırıq. Onlara arzulayrııq ki, bu mərhələni başa vursunlar. Nə zaman Müsavat Partiyasını yönəldən insanlar real müxalifətin mövqeyini bölüşəcəklərsə, real müxalifətlə səylərini birləşdirmək istəyəcəklərsə o zaman münasibətlər dəyişə bilər. Amma hələ ki biz öz yolumuzu gedirik. Bizi tərk edən insanlara sözümüz yoxdur".
Ə.Kərimli Arif Hacılını təbrik etməsi barədə suala belə cavab veib: "Onlar bizi qurultaya cavab vermədilər. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar".
AXCP sədri "heç bir partiya dəvət olunmayıb" açıqlamasında isə cavab olaraq bildirib ki, xalq cəbhəsi "heç bir partiya deyil: "Zalda da bizim oturmağımıza yer var idi".
Göründüyü kimi, bu əzəli və əbədi düşmən olan radikal müxalifət partiyaları arasındakı münasibətlər tamamilə bitib. Əli Kərimlinin bu açıqlamasından sonra Müsavat və AXCP arasında hər hansı bir əməkdaşlığın olmayacağı qətiləşib. Arif Hacılının başqan olmasından sonra isə AXCP-Müsavat münasibətlərindən, ümumiyyətlə, danışmağa dəyməz.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30