Pənah Hüseyn aranı qatır
13:02 04-10-2014
CƏMİYYƏT
Pənah Hüseyn aranı qatır
AXP sədri Milli Şuranın mitinq qərarını "özəlləşdirməsi" qurumlar arasında gərginlik yaradıb
Məlum olduğu kimi, Milli Şura oktyabrın 12-də Bakıda mitinq keçirmək qərarına gəlib. Bu barədə ictimaiyyətə məlumat verilsə də, mitinq ideyası radikallar arasında mübahisə mövzusuna çevrilib.
Qeyd edək ki, Milli Şuradan sonra Demokratiya və İnsan Haqları Mərkəzinin son toplantısında mitinq komitəsinin yaradıldığı elan edilib. Bu addım isə Milli Şura tərəfindən birmənalı qarşılanmayıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslər Demokratiya və İnsan Haqları Mərkəzinin nümayəndələrini plagiatlıqda suçlayıblar. Hətta Milli Şura üzvlərindən Vidadi Mirkamal Mərkəzdə birləşmiş partiyaların Milli Şuranı yamsıladığına eyham vurub ki, onların qərarından sonra Milli Şura da mitinqdən danışmağa başlayıb. Bundan sonra tərəflər arasında mübahisə daha da dərinləşib.
Məlumat üçün bildirək ki, Demokratiya və İnsan Haqları Mərkəzində Müsavat Partiyası, ADP, KXCP və digər partiyalar var. Bu partiyalar isə Milli Şuraya alternativ sayılırlar. Elə ona görə də istənilən məsələdə qarşıdurmaya gedirlər.
AXP sədri Pənah Hüseyn son günlər yenidən müzakirə mövzusuna çevrilmiş aksiyalar məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Milli Şura nümayəndələrinin bu cür danışmalarına heç bir əsas yoxdur: "Mən, Vidadi müəllimin açıqlaması ilə tanış deyiləm. Açığı, bu səviyyəli məsələlərə də xüsusi əhəmiyyət vermək tərəfdarı deyiləm. Ancaq bir halda ki, sual verirsiniz, faktiki aydınlıq naminə cavablandırım. Demokratiya və İnsan Haqları Mərkəzində birləşmiş siyasi partiyaların qəbul etdiyi qərarlar press relizlər şəklində yayılır və KİV- də dərc edilir. O cümlədən axırıncı toplantının press relizi mətbutda dərc edilib. Orda mitinq komitəsinin yaradıldığı barədə heç bir informasiya yoxdur və belə bir qərar da yoxdur. Son toplantılarda siyasi partiyaların bu ilin 17 sentyabrında, yeri gəlmişkən, bu tarixdə Milli Şuranın mitinq qərarı yox idi, ADP qərargahında keçirilən respublika konfransının qətnaməsində olan digər tapşırıqlarla yanaşı onun 6- cı bəndindəki tovsiyəsinə uyğun müzakirələr aparılıb və işçi qrupun yaradılması barədə razılıq əldə olunub. Bu qədər. Görünür, bu müzakirələr təhrif olunmuş şəkildə mətbuata sızıb. Ümumiyyətlə, ideyaya gəldikdə isə bu, həmişə var və mənim xatırladığıma görə konkret olaraq professor Cəmil Həsənlinin sədr olduğu Leyla Yunus və digər siyasi məhbusların müdafiə komitəsində müdafiə aksiyası olaraq mitinq keçirilməsi Arif Hacılı və mənim tərəfimdən irəli sürülmüşdü, lakin o vaxt bu məsələ müzakirə edilmədi. Sonra AXCP-də mitinq müzakirələrinin başladığı barədə məlumatlar getdi. Hərçənd ki, mənim fikrimcə, aksiyanın Leyla Yunusun müdafiə komitəsi tərəfindən keçirilməsi onda daha geniş spektrin iştirakını təmin edərdi, lakin görünür belə məsləhət olub və bizə də aksiyaya uğurlar arzulamaq və imkanımız daxilində dəstək vermək qalır. Çünki kütləvi aksiyalar formasında etiraz ən effektiv vasitələrdən biridir, indiki şəraitdə isə ən effektivlisidir. Siyasi partiyaların aksiya keçirməsinə gəldikdə isə, yuxarıda dediyim kimi, bu məsələ müzakirə mərhələsindədir".
Əslinə qalanda, mitinq keçirmək ideyasını ilk dəfə Milli Şura tərəfindən səsləndirilib. Ancaq Pənah Hüseyn həmişə olduğu kimi, cığallıq edərək qarşıdurma yaradır. Ancaq bir məsələ də var ki, nə Milli Şuranın, nə də Demokratiya və İnsan Haqları Mərkəzinin mitinq keçirmək potensialı yoxdur. Çünki hər iki qurum cəmiyyət tərəfindən dəstəklənmir. Cəmiyyət tərəfindən dəstəyi olmayan siyasi qurumun isə kütləvi tədbir keçirmək imkanı sıfıra bərəbardir. Bu da onu göstərir ki, Pənah Hüseyn təmsil olunduğu düşərgəni gündəmdə saxlamaq üçün bu cür gərginlik mühiti yaradır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45