Elyar Muradov Dəmir Yolu QSC-ni dağıdır
16:28 08-10-2014
CƏMİYYƏT
Elyar Muradov Dəmir Yolu QSC-ni dağıdır
Son dövrlər Dəmir Yolu QSC-nin adı ətrafında yaranan qalmaqallar bu quruma diqqəti daha da artırıb. "Sərnişindaşıma" departamentinin rəisi Elyar Muradovun əməllərindən narazılıq daha böyükdür.
Qeyd edək ki, bir müddət öncə bir qrup dəmiryolçu Azərbaycan Dəmir yolları QSC-nin binası qarşısında aksiya keçirib. Onlar iddia edidilər ki, tələbləri pozulmuş hüquqlarının bərpa olunmasıdır. Yəni, uzun müddətdir onlara çatmalı olan pullar mənimsənilib. "Unikal"ın əldə etdiyi məlumata görə, Elyar Muradov bələdçilərə qoyduğu "haqq" artıq onları cana dpyurub. Onun digər maxinasiyaları da əndazəni aşıb.
Qeyd edək ki, 2001, 2008, 2011-ci illər Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsasən səyyar işə görə bizə ödənilməli olan pullar kəsilib, 2007-ci ildən yeni işçilərin götürülməsi ilə əlaqədar dəmir yolunda 30-35 il əmək təcrübəsi olan dəmiryolçular zorla işdən çıxarılıb və onların yerinə qeyri-peşəkar qadınlar götürülüb. İndi eyni işə görə həmin qadınlara ayda 400-450 manat maaş verildiyi halda eyni işi icra edən kişilərə 100-150 manat pul verilir.
Əsas narazılıq yaradan şəxs isə Dəmir Yolu QSC-nin "Sərnişindaşıma" departamentinin rəisi Elyar Muradovdur. Maraqlısı odur ki. Elyar Muradov fəaliyyəti boyu ekstrenal situasiyada yalan vəd verərək narazılığı yatırmağa çalışıb. Amma görünən odur ki, artıq dəmiryolçular E.Muradovun vədlərinə inanmırlar.
"Unikal"ın apardığı araşdırmanın nəticəsi olaraq, əldə etdiyimiz məlumata görə, Elyar Muradov rəhbərlik etdiyi departamentdə həyata keçirdiyi maxinasiyalardan milyonlar qazanır. Həmin pulların hesabına Bakının mərkəzidən dəyəri milyonlarla ölçülən obyektlərə sahib olub. Bu barədə araşdırmamız davam edir.
Digər Xəbərlər
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44