Azərbaycandan Minsk Qrupuna növbəti təpki
12:09 09-10-2014
CƏMİYYƏT
Azərbaycandan Minsk Qrupuna növbəti təpki
Fransa rəsmisinin Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalaması narazılığa səbəb olub
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalamasına kəskin etiraz gəlməkdədir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, Qarabağ münaqişəsinin həlli yolunun ən optimal variantı danışıqlar deyil. Onun fikrincə, Azərbaycan Ermənistana gücünü göstərməlidir: "Biz dəfələrlə demişik ki, Azərbaycan öz problemlərini, xüsusən də Dağlıq Qarabağ problemini özü həll etməlidir. Xalqın iradəsinə əsaslanıb ərazi bütövlüyümüzü bərpa etməliyik. Doğrudur, bu yolda itkilərin və sıxıntıların olması qaçılmaz olacaqdır. Hökümət bizi müharibə partiyası adlandırdı. lakin üstündən uzun illərin keçməsinə baxmayaraq problemin çözülməsi istıqamətində nəikni heç bir addım atılmadı, əksinə konflik donduruldu ki, bu da hər an müharibənin yenidən başlaması təhlükəsini özündə saxlamaqdadır".
Əli Orucov onu da bildirib ki, Fransanın bir tərəf kimi vasitəçilik missiyasının həyata keçirilməsinə cəlb etmək yanlışdır: "Beynəlxalq Konvensiyalar və hüququ normaları da, eləcə də büynəlxalq təşkilatların işğal faktları ilə bağlı qəbul etdiyi sənədlər imkan verir ki, işğalçılara öz yerlərini göstərək. Amma konfliktin ATƏT Minsq Qrupuna həvalə olunması və bu qurumdan nəsə müsbət nəticələr gözlənilməsi sadəlövlük olardı. Bildiyiniz kimi Fransa Ermənistanın ən yaxın və ən sadiq strateji müttəfiqidir. Sarkozi demişkən cicibacıdırlar. Belə olan halda rəsmi Parisdən gözləntilərmiz nə olmalı idi ki? Fransa ermənilərə açıq dəstək verən ölkədir. Bunu təkcə ordakı erməni faktoru, yaxud da lobiçiliyi ilə bağlamıram. Tarixən Fransada dini və türklərə qarşı ayrı-seçkilik olub. Fransanın nizamlanma prosesinə cəlb edilməsi və orada qalması ən böyük səhvdir".
Sözügedən məsələylə bağlı "Unikal"a açıqlama verən , BAXCP sədrini müavini QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı həqarətdir:"Bizim təşkilat birmənalı olaraq bəyan edir ki, Fransa dövlətinin rəsmisinin atdığı bu addım bütün dünyanın qəbul etidyi Azərbaycan ərasizinə qarşı çıxmaqdır. BMT -də daxil olmaqla elə Fransa dövlətiinin özü də Azərbaycan ərazi bütövlüyünü tanıyır və Şuşa şəhərinin Azərbaycan dövlətinə aid olduğunu bəyan edib. Həmçinin də Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsdəri olan dövlətdir. 22 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Belə bir vəziyyətdə nə haqla Fransa ATƏT-in Minsk qrupunda təmsil oluna bilər?! Artıq Fransa dövləti acıq şəkildə ermənilərə olan sevgisini ortaya qoyur. Bu hadisədən sonra Fransa Minsk qrupunda təmsilçilik hüququnu itirmiş olur. Fransa dövləti Azərbaycan xalqı qarşısında öz inamını itirmiş olur. Bu hadisəni sukutla qarşılaya bilmərik. Dövlətimiz baş verən hadisəyə kəskin etirazını bildirməlidir. Fransa dövlətinə nota verilməlidir. Azərbaycan cəmiyyəti də kəskinliyi ilə Fransa dövlətinə qarşı öz etiraznı bildirməlidir. Fransa dövləti bilməlidir ki, bu addımı ilə Azərbaycan xalqının etibar və inamını itirmiş olur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00