Müsavatda daha bir qalmaqal yaşandı
12:10 09-10-2014
CƏMİYYƏT
Müsavatda daha bir qalmaqal yaşandı
Qurultaydan sonra yaranan narazılıq davam edir, partiya funksionerləri arasında qarşıdurma
Müsavat Partiyasında qurultaydan sonra yaranan gərginlik davam edir. Qubad İbadoğlunun tərəfdarları ilə yeni başqan Arif Hacılının nümayəndələri arasındakı qarşıdurma getdikcə qarşısıalınmaz səviyyəyə gəlir.
Hətta Qubad İbadoğlu və Gülağa Aslanlı Azadlıq radiosundakı verilişdəki söz atışmaları da vəziyyəti daha da kritikləşdirib. Qurultay və başqanlıq seçkisinin müzakirəsi zamanı tərəflər arasında dialoq gərginləşib. Hər iki tərəf bir-birini hakimiyyətə işləməkdə ittiham edib.
Qubad İbadoğlu deyib ki, Arif Hacılı partiyanı olduğu kimi saxlamaq, o və tərəfdarları isə yenilik etmək istəyirdi. Bunun cavabında Gülağa Aslanlı "Sizdən fərqli olaraq mən Müsavat Partiyasına başqa partiyadan gəlməmişəm. Mənim heç vaxt biznesim olmayıb", deyib. Qubad İbadoğlunun partiyadaşına cavabı daha ağır olub:" Siz danışığınıza diqqət edin. Faktlarınız varsa, açıqlayın. Müsavat hökümətdə fəaliyyətini dayandıranda Siz getdiniz 1999-cu ilə kimi bu iqtidara qulluq etdiniz. Hakimiyyətə yaxşı xidmət eləmişdiniz".
Gülağa Aslanlı ilə əks-hücuma keçib. O, "Siz və qardaşlarınız hələ də hakimiyyətə xidmət edirsiniz. Bu da göz qabağındadır" cavabını verəndən sonra mübahisə düşüb. Hər iki tərəf bir-birən qarşı aşağılayıcı fikirlər səsləndirib. Q.İbadoğlutnun sözlərinə görə, Müsavat Partiyası dəyişməli və bir qrupun inhisarından çıxmalıdır. Opponenti isə bildirib ki, Müsavat Partiyasının dəyişməsi avtoritar yox, seçki yolu ilə olur. Seçkidə iştirak etməyi öyrənin, qalib gəlib.
Gülağa bəy onu da vurğulayıb ki, Qubad bəyin dediyi məsələlərin heç bir əsası yoxdur: "O artıq burada İsa Qəmbərə də böhtan atır. Guya bunun hansısa təklifləri olub qəbul olunmayanda İsa Qəmbər nəsə deyib. Dünənki tədbirdə də məqsəd İsa bəyə və Arif bəyə böhtan atmaq, partiya işini sabotaj etmək idi. Şikayəti təqdim etmək üçün hökmən bunu Azərbaycana yaymaq lazım idi?! Seçki siyahılarının paylanmasının əleyhinə idik. Tural Abbaslı çıxış etdi ki, gənclər qurultay nümayəndələrini tanımırlar. Buna görə də seçici siyahısı olsun və paylansın. Qubad bəy də etiraz etmədi. Razılaşdırıldı ki, səsvermə başladıqdan sonra bir-birinə verilməsin. Bu da nizamnaməyə zidd deyildi. 146 nəfərin içindən 80 nəfər seçilməli idi. O siyahılarda da kimlərə səs vermək lazım olduğu yazılmışdı. İddia olunur ki, bunu Arif Hacılı edib. Amma bu Tural Abbaslının təklifi idi. Sonradan məlumat yayıldı ki, iki siyahı olub. Gua birini Arif Hacılı, digərini isə Qubad İbadoğlunun tərəfdarları paylayıb".
Başqanlığa namizəd isə qurultay günü müəyyən siyahıların olduğunu vurğulayıb. Onun sözlərinə göpə, həmin iddialırını əks etdirən tələb və təklifləri təqdim ediblər və məsələ araşdırılmalıdır: "Samux rayonunda konfrans keçirilməyib, amma 3 qurultay nümayəndəsi seçilib. Onardan 1-i Gəncə, 2-si isə Xanlar rayon təşkilatının üzvü olub. Heç biri Samux rayon təşkilatının üzvü olmayıb".
Qeyd edək ki, sentyabrın 27-də keçirilən qurultayda Qubad İbadoğlu 28 səs azlığı ilə Arif Hacılıya məğlub olub. Ancaq qurultayda baş verən müəyyən qanunsuzluqlardan dolayı Qubad İbadoğlu və tərəfdarları etirazlarını bildiriblər. Bundan sonra partiya daxilində atəşkəs pozulub. Bu proses çərçivəsində isə hətta İsa Qəmbərə qarşı da ittihamlar səsləndirilib.
Məhz, bu səbəbdən də Arif Hacılı ilə İsa Qəmbər Qubad İbadoğluna qarşı aqressiya ilə yanaşırlar. Görünən odur ki, bu partiyadaxili mübarizə hələ çox davam edəcək. Mübarizənin nəticəsində isə Müsakvatın bir partiya kimi tamamilə məhv olacağı şübhəsizdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00