İlham Məmmədov: "Sosial dövlət quruculuğu uğurla davam edir"
12:13 09-10-2014
CƏMİYYƏT
İlham Məmmədov: "Sosial dövlət quruculuğu uğurla davam edir"
"Azərbaycanda sosial dövlət quruculuğu uğurla davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət bütövlükdə, sosial sahədə geniş miqyaslı işlərin görülməsinə zəmin yaradıb. Ölkə Prezidentinin sosial siyasətinin əsasını mükəmməl iqtisadi siyasət və infrastrukturun modernləşdirilməsi faktorları təşkil edir".
Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib. İ.Məmmədov bildirib ki, sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin əsas istehsalçısı kimi dövlət, xərclərin bölüşdürülməsində isə dövlət büdcəsi mühüm rol oynayır. Onun sözlərinə görə, sosial məsələlərin həlli istiqamətində uğurlu siyasət həyata keçirilir.
"Bütövlükdə, dövlət başçısı iqtisadiyyatın modernləşdirilməsini prioritet elan edib və bu sahədə məqsədyönlü işlər görülür. Məsələn, neft-qaz sektorunda əldə edilən vəsaitlərin əhəmiyyətli qismi qeyri-neft sektorunun inkişafı üçün vacib infrastrukturun yaradılmasına yönəldilib. Bütün bunlar isə bir sıra önəmli sosial layihələrin reallaşmasında vacib rol oynayır"- deyə, komitə üzvü qeyd edib.
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51