Ərəstü Həbibbəyli: "Azərbaycanla Mərkəzi Asiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılır"
Azərbaycanla Mərkəzi Asiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılır
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli bildirib.
PA-nın sekor müdiri qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya regionu arasında 2015-ci ildən başlayaraq təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni böyük perspektivlər açılır: "Bu, ilk növbədə Əfqanıstandan koalisiya qüvvələrinin çıxarılması ilə bağlıdır. Bu fakt həm Azərbaycan, həm də Mərkəzi Asiyanın üzərinə yeni öhdəliklər qoyur. Bu baxımdam hər iki region arasında yeni əməkdaşlıq perspektivləri var".
Bundan əlavə, Ə.Həbibbəyli hesab edir ki, Mərkəzi Asiya ölkələrinin məhsullarının Avropa bazarına, Azərbaycan məhsullarının isə Şərq bazarına çıxarılmasında yeni imkanlar var: "Belə ki, Qazaxıstan artıq Azərbaycanda taxıl bazası tikib, Azərbaycan isə Qazaxıstanda logistika mərkəzi açıb. Bu hər iki istiqamətdə məhsulların tədavülü üçün yeni perspektivlər vəd edir. Bunu digər Mərkəzi Asiya ölkələrinə də şamil etmək olar".
Digər Xəbərlər
2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 14:26:00

2025-02-27 14:14:54

2025-02-27 14:09:42

2025-02-27 14:06:09

2025-02-27 13:13:00

2025-02-27 12:55:52

2025-02-27 12:50:39

2025-02-27 12:50:00

2025-02-27 12:34:53

2025-02-27 12:31:21

2025-02-27 12:23:00

2025-02-27 12:18:51

2025-02-27 12:18:03
