Ukrayna hakerləri QRU sənədlərini ələ keçirdi
Kiyev Krıma Suriyadakı müsəlman döyüşçüləri gətirir
Hakerlər "Donetsk Xalq Respublikası", Krım və Rusiya haqqında olan məxfi sənədləri ələ keçirərək internetə sızdırıblar. Həmin bazaya "Donetsk Xalq Respublikası"nın layihələrinə aid çoxlu sənədlər, gizli rəsmi sənədlər, ukrayna vətəndaşlarının sənədlərinin surətləri və digər məlumatlar daxildir.
Mətbuat hakerlərin əldə etdikləri sənədləri üç hissəyə bölündüyünü bildirib. Belə ki, birinci hissəyə Krımın işğalından sonra layihələr və sənədlər təqdim edilib.
İkinci hissədə "Donetsk Xalq Respublikası" liderlərinin Moskvaya məktubları yer alıb. Həmin məktubda onların Luqansk və Donetsk ərazilərində "Rusiya xalqının soyqırımı"nda "qurban gedənlərə" yardım etməsi xahiş olunub.
Üçüncü hissədə isə ukraynalıların Yunanıstan və digər ölkələrə viza və pasportları ilə surətləri yer alıb. Həmin vətəndaşların, əsasən, Donetsk və Luqansk ərazilərində qeydiyyatda olması nəzərə çarpıb. Lakin onların arasında Kiyev və Lvov sakinləri də yer alıb.
ABŞ-dan Ukraynaya
dəstək təklifi
"Rusiya tərəfi Minsk razılaşmasını yerinə yetirsəydi, ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv edə bilərdi". Bu sözləri ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland deyib.
O, qeyd edib ki, Minsk razılaşmasının icrası Ukraynanın şərqində sülhün əldə olunması üçün ən yaxşı imkan ola bilərdi. ABŞ dövlət katibinin köməkçisi bildirib ki, Donetsk aeroportuna hücumlara son qoyulmalı, girovların hamısı qaytarılmalı, Donbas hövzəsindəki bütün xarici qoşunlar çıxarılmalıdır.
Onun sözlərinə görə, Ukrayna hökumətinə sərhəddə təhlükəsizliyin təmin olunması üçün konkret plan lazımdır. V.Nuland ABŞ bu məsələdə Ukraynanın partnyoru olmağa hazır olduğunu söyləyib: "Əgər sərhədin təhlükəsizliyi təmin edilərsə, Donbas hövzəsində hər şey bundan daha yaxşı olacaq".
Ukrayna ilə bağlı yeni sensasion iddia
Ukrayna Suriya və İraqda döyüşən müsəlmanları Krımda istifadə edəcək. Bu iddianı Rusiyanın "Nezavisimaya qazeta" nəşri irəli sürüb.
Qəzet müsəlman döyüşçülərdən istifadənin əsas məqsədinin Krımda qeyri-sabitlik yaratmaqdan ibarət olduğunu bildirib: "Suriya və İraqdan gəlmiş döyüşçülər Ukrayna Təhlükəsizlik İdarəsi tərəfindən hazırlanır. Onlar Krımda bir neçə obyektdə terror aksiyası törədəcəklər ki, bunlar sırasında da əsas hissəni həyati əhəmiyyətli obyektlər təşkil edəcək. Hazırda müsəlmanlar üçün iki təlim bazası var. Bunlardan biri Müsəlman Mədəniyyət Mərkəzi vasitəsiylə edilir. Bu təlim bazası Dnepropetrovsk vilayətində yerləşir. Həmin təlim bazasını regionun rəhbəri olan İqor Kolomoyskinin müavinləri Boris Treyqerman və Boris Filatov idarə edir. İkinci əsas baza isə Qeniçesk yaxınlığında yerləşir. Burada həmçinin sürgündəki Tatar Məclisinin qərargahı məskunlaşıb. Məclis liderləri ilə Kolomoyski Krımın azad edilməsi üçün bir müddət öncə güclərini birləşdirmək haqqında memarondum imzalayıblar".
Poroşenko qərarını verdi
"Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi haqqında heç bir danışıqlar aparıla bilməz". unian.net saytının verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
Ukrayna prezidentinin sözlərinə görə, ölkənin şərqində dövlət sərhədinin dəyişdirilməsi heç vaxt ticarət obyekti olmayacaq. "Ukraynanın dövlət sərhədi beynəlxalq müqavilələrlə qeyd edilən, dünya cəmiyyətinin tanınığı yerlərdən keçəcək. Dövlət sərhədi Ukraynanın ərazi bütövlüyünün müstəqilliyinin əsas elementidir. Heç bir ticarət və Ukrayna sərhədinin yerdəyişməsi haqqında razılıqdan söhbət gedə bilməz", - deyə Ukrayna prezidenti vurğulayıb.
P.Poroşenko sərhəd siyasətində hakimiyyətin mövqeyinin dəqiq və dəyişməz olduğunu qeyd edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41