"Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial imkanlar var"
Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlamentin sədri qonağı salamlayaraq bu cür səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyib.
O qeyd edib ki, təqdirəlayiq haldır ki, bu münasibətlər möhkəm təməllər üzərində qurulub: "Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkənin parlamentləri bu əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq parlament qurumlarında deputatlarımızın mütəmadi görüşləri zamanı aparılan danışıqlar ümumi məqsədlərə xidmət edir. Biz inanırıq ki, gələcəkdə bu əlaqələrimiz daha da inkişaf edəcək".
Səmimi qəbul üçün minnətdarlığını bildirən Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri L.R.Risbi ölkəmizə səfəri zamanı burada keçirdiyi görüşlərdən danışıb. O, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Qonaq ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın qısa zaman kəsiyində böyük uğurlar əldə edərək çiçəklənən diyara çevrildiyini xüsusi qeyd edib.
İqtisadi və mədəni əlaqələrimizin günbəgün dərinləşdiyini söyləyən L.R.Risbi Azərbaycandakı sabitliyi yüksək dəyərləndirib. O, müasir dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, ölkənin ali qanunvericilik orqanında olmağından, spikerlə fikir mübadiləsi aparmağından məmnun qaldığını söyləyib. O, ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu qeyd edib.
Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 14:26:00

2025-02-27 14:14:54

2025-02-27 14:09:42

2025-02-27 14:06:09

2025-02-27 13:13:00

2025-02-27 12:55:52

2025-02-27 12:50:39

2025-02-27 12:50:00

2025-02-27 12:34:53

2025-02-27 12:31:21

2025-02-27 12:23:00

2025-02-27 12:18:51

2025-02-27 12:18:03
