Musa Qasımlı: "Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etdiyi halda, Ermənistan gündən-günə tənəzzülə uğrayır"
09:13 10-10-2014
CƏMİYYƏT
Musa Qasımlı: "Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etdiyi halda,
Ermənistan gündən-günə tənəzzülə uğrayır"
"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün gerçəklikləri bir daha ortaya qoydu".
Bunu açıqlamasında millət vəkili, professor Musa Qasımlı bildirib.
M.Qasımlının sözlərinə görə, Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistan mövcud vəziyyətin qorunub saxlanmasına çalışır: "Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirir, sülh təşəbbüslərini uzadır və danışıqlardan qaçmağa çalışır. ATƏT-in Minsk qrupunun verdiyi bəyanatlar da kağız üzərində qalır və Ermənistan onları saya salmır".
Professor hesab edir ki, Minsk qrupu həmsədri olan ölkələr öz mandatları çərçivəsində hərəkət etməlidirlər və Prezident İlham Əliyevin söylədiklərindən nəticə çıxarmalıdırlar: "Çünki Minsk qrupu həmsədri olan ölkələr abstrakt deyil, onlar konkret dövlətləri təmsil edirlər. Ermənistanın Minsk qrupu həmsədrlərinin bəyanatlarını saya salmaması əslində həmin ölkələrə etinasızlığıdır. Hesab edirəm ki, böyük dövlətlər bundan nəticə çıxrıb Ermənistana təzyiq göstərməli və münaqişənin həllində ədalətli mövqe tutmalıdırlar".
Millət vəkili deyib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
M.Qasımlı əlavə edib ki, bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etdiyi halda, Ermənistan gündən-günə geriləyir, tənəzzülə uğrayır: "Bu gün Ermənistan əhalisi sosial problemlər bataqlığında boğulur, iqtisadiyyat tamamilə dağılıb, ölkədə kriminal diktatura rejimi hökm sürür. Əgər vəziyyət belə davam edərsə, onsuz da müstəqilliyini itirmiş Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altında olacaq".
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41