Vahid Əhmədov: "Gələn ilin büdcəsinin 35 faizə qədəri sosial layihələrə xərclənə bilər"
09:17 10-10-2014
CƏMİYYƏT
Vahid Əhmədov: "Gələn ilin büdcəsinin 35 faizə qədəri sosial layihələrə xərclənə bilər"
"Prezident İlham Əliyev 2015-ci ilin büdcə layihəsinə hələ baxmayıb. Amma Azərbaycan hökuməti bu layihə üzərində işləyir". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov 2015-ci ilin büdcə layihəsindən danışarkən deyib.
Onun sözlərinə görə, son illər büdcədə sosial yönlü layihələrə üstünlük verilir: "Əsas mübahisə obyekti neftin qiyməti ilə əlaqədardır. Dünən də Nazirlər Kabinetinin iclasında cənab prezident neftin qiymətinə diqqət yetirməyi vurğuladı. Çünki neftin qiyməti aşağı düşür. 2014-cü il üçün 100 dollar götürmüşdüksə, 2015-ci ildə artıq bu həddə müəyyənləşdirə bilmərik. Büdcəmiz də müəyyən qədər neftdən asılıdır.
Yəqin ki, 85-90 dollar səviyyəsində götürüləcək. Belə başa düşürəm ki, 2015-ci ildə neftin qiyməti bu səviyyədə olacaq. Ola bilsin ki, aşağı da düşsün. Məncə, büdcədə neftin qiymətini 85-90 dollar səviyyəsində götürmək olar. Əsas mübahisə obyekti budur. Çünki neftin qiymətindən dövlət büdcəsinin gəlir və xərc hissəsi çox asılıdır. Çatışmayan vəsait də Dövlət Neft Fondundan transfer səviyyəsində dövlət büdcəsinə köçürülə bilər. Məbləğin bir neçə milyard artırılması, neftdən gələn gəlirin sosial layihələrin yerinə yetirilməsinə maneçilik törətməməsi üçün bu vacibdir. Mənim fikrimcə, büdcənin təxminən 30 faizi investisiya layihələrinə, 30-35 faizi isə sosial layihələrə xərclənəcək".
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06