İslam Əməkdaşlıq Təşkilatının II Baş Assambleyası öz işinə başladı
09:19 10-10-2014
CƏMİYYƏT
İslam Əməkdaşlıq Təşkilatının II Baş Assambleyası öz işinə başladı
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) II Baş Assambleyası öz işinə başlayıb. Modern.az xəbər verir ki, assambleyanın işində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyyad Əl-Mədəni, təşkilata ev sahibliyi edən Türkiyə Respublikasının hökümət rəsmiləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının 45 üzv-ölkəsini təmsil edən nümayəndə heyətləri ilə bərabər, qeyri müsəlman ölkələrində yaşayan müsəlman azlıqlarını təmsil edən aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
İKGF-nin Baş Qərargahında keçirilən Assambleyanin açılış mərasimi öz işinə Qurani Kərimin səsləndirilməsi ilə başlayıb. Daha sonra Forumun yaranmasından keçən müddətdə fəaliyyətini əks etdirən tanıtım filminin nümayişi olub.
Açılış mərasimində İKGF-nin Baş katibi Elşad İskəndərov təşkilatın fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə Forumun yaradıldığı tarixdən etibarən İƏT-ə üzv ölkələrdə gənclərin elmi, təhsil və intellektual inkişafı, mədəniyyətlərarası dialoqun qurulması, İslamofobiya ilə mübarizə, Xocalı, Qəzza, Van qətliamları kimi insanlığa zidd cinayət olan ədalətsizliklərə qarşı gənclərin səsinin dünyaya çatdırılması, gənclərin peşə və sahibkarlıq qabiliyyətlərinin inkişafı nəticəsində işsizliyin aradan qaldırılması və s. bu kimi sahələrdə görülən işlər, həyata keçirilən layihələr; dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qurulan əməkdaşlıq fəaliyyətləri haqqında geniş məlumat verilib.
E. İskəndərov İKGF-nin ugurlu inkişafına xüsusi dəstək vermiş Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına Forumun üzvləri adından təşəkkürünü bildirib.
Baş Assambleya iştirkaçılarının yekdil qərarı ilə Baş Katibin hesabat məruzəsi müsbət qiymətləndirilib.
Daha sonra çıxış edən , İstanbul şəhər vitse-meri cənab Əhməd Səlamət, İƏT-in ailə və gənclər Depratmentinin direktoru xanım Fadilə Qrine, İRSİCA-nın baş direktoru cənab Xalid Eren, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab İsmayıl İsmayılov Forumun İƏT arealı ölkələri gənclərinin inkişafı və əməkdaşlığı, dinlər və mədəniyyətlər arası dialoq, ekstremizmə qarşı mübarizə istiqamətlərində fəaliyyətlərinə yüksək qiymət verərək Baş Assambleyanın işinə uğurlar arzuladılar.
Üç gün ərzində davam edəcək Baş Assambleyanın gündəmində yeni üzv təşkilatların qəbulu, İƏT ölkələri Gənclər Nazirləri 3-cü Konfransı, münaqişə zonalarında gənclərin vəziyyəti, təkfirçiliklə mübarizə və məzhəblərarası yaxınlaşma, İslam ölkələri Gənc İş Adamları Şəbəkəsinin inkişaf etdirilməsi, gəcnlərin davamlı inkişafı üzrə layihələr, gender problemləri və s. məsələlərin müzakirəsi; qurumun 2015-2020 illər üçün Strateji Fəaliyyət Planının və İstanbul Gənclik Deklarasiyasının qəbul edilməsi gozlənilir.
Assambleyada həmçinin Forumun yeni sədri, sədr müavinəri və yeni İdarə Heyətinin seçkiləri keçiriləcək. Yüksək səviyyəli xarici qonaqların iştirakı ilə İstanbulun "Çırağan" sarayında həyata keçiriləcək Forumun baglanış mərasimində "10 il - 10 hədəf" adlı İstanbul Gənclik Deklarasiyasının tanıtımının gerçəkləşdirilməsi də nəzərdə tutulur .
Baş Assambleya çərçivəsində İKGF Mədəniyyətlərarsı Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası milli koordinatorlarının əlaqələndirmə seminarının keçirlməsi də nəzərdə tutulub. Həmçinin Forumun bir neçə beynəlxalq layihələri, o cümlədən yaradıcı gənclərin dinlərarası dözümlülüyə həsr olunmuş beynəlxalq fotomüsabiqəyə cəlb edilməsini nəzərdə tutan "Photo4Tolerance", İƏT ölkələrində gənclərin beynəlxalq münasibətlər üzrə elmi-praktik biliklərini və əməkdaşlığını artırmağa yönəlmiş "Qlobal İƏT Modeli" və digər layihələr üzrə təqdimatların keçirilməsi də planlaşdırılır.
[center][/center]
Digər Xəbərlər
2024-12-25 17:53:02
2024-12-25 17:34:23
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22