Milli Şuranın mitinqinə müxalifətdən embarqo
11:49 11-10-2014
CƏMİYYƏT
Milli Şuranın mitinqinə müxalifətdən embarqo
Müxalifət partiyaları Əli Kərimli ilə Cəmil Həsənlinin aksiyasına qatılmayacaq
Məlum olduğu kimi, Milli Şura oktyabrın 12-də mitinq keçirmək qərarı verib. Artıq Bakı Şəhər İcra Hakimiyyəti də mitinqə yer də ayırıb. Amma deyəsən, radikallar yenə də meydanda 5-6 nəfər Milli Şura üzvü ilə qalacaqlar.
Belə ki, müxalifətdən heç kimi Milli Şuranın aksiyasına qatılmaq niyyətində deyil. Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov Milli Şuranın 12 oktyabr mitinqindən önəmli bir şey gözləmədiyini deyib: "AMİP Milli Şuranın 12 oktyabra təyin etdiyi mitinqə qatılmayacaq. Çünki siyasi motivlə məhbus hesab edilənlərin bir qisminin istintaq prosesi hələ yekunlaşmayıb. Ona görə də bu hal istintaqa və məhkəməyə təzyiq də sayıla bilər.
Eyni zamanda hesab edirəm ki, siyasi məhbus anlayışı hüquqi termin kimi nə beynəlxalq hüquq normalarında, nə də ölkə qanunvericiliyində öz əksini tapmayıb".
AMİP yetkilisinin sözlərinə görə, problemin həlli küçələrdə və kütləvi aksiyalarda deyil, qanunların işləməsinə nail olmaqda, düşmənçilikdən əl çəkməkdə iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsində və sivil qaydalara və normalara əməl etməkdədir.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə məsələyə daha fərqli yanaşır. Onun qənaətincə, ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub: "Mitinq keçirtmək təşəbbüsü məhz, bununla bağlıdır. Bu adam yenidən özünü "qərb yönümlü" siyasətçi kimi ABŞ-a təqdim edir. Özü də yaxşı bilir ki, Rusiyanın yaratdığı "Milli Şura"da Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki, bunun yanında? Məlum videosu ilə tanınan Natiq Ədlov və bir neçə adamdan başqa Əli Kərimlinin yanında bir kimsə qalmayıb. Əli Kərimlidən soruşmaq lazımdır ki, həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun getmisən? Bu adamların hansının ailəsinə mənəvi və maddi dəstək olmusan? Hər kəs bu illər ərzində gördü ki, Əli Kərimlinin ən yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun, onun ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə belə getmədi. Bax, Əli Kərimlinin əsl siması budur. 12 oktaybr mitinqi çox zəif keçəcək. Düşünmürəm ki, Əli Kərimlinin keçirtdiyi mitinqə ciddi dəstək verilsin".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-25 17:53:02
2024-12-25 17:34:23
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22