Mustafa Hacıbəyli: "Axı Rəsul Quliyev kimdir ki..."
Mustafa Hacıbəyli: "Axı Rəsul Quliyev kimdir ki..."

"Qurultay barədə daha heç bir söz danışmayacağam. Artıq bu mövzudan bezmişəm". Bu fikirləri Müsavat Partiyasının funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli partiyadaxili məsələlərə münasibətini bildirərkən deyib.
"Nə lazımdırsa, kimə nə deyiləcəkdisə bizim tərəfimizdən deyilib", - deyə qeyd edən Hacıbəyli eks-spiker Rəsul Quliyevin də Müsavat Partiyasının yeni tərkibinə ironik münasibət göstərməsini şərh etməyəcəyini bildirib: "Axı Rəsul Quliyev kimdir ki, mən durum onun hər hansı bir açıqlamaına münasibət bildirim? Mən onun barəsində heç nə danışmaq fikrində deyiləm".
Qeyd edək ki, Müsavat Partiyasının qurultayında başqanlığa namizədliklərini irəli sürmüş Qubad İbadoğlu, Səxavət Əlisoy, cümlədən, Arif Hacılının başqanlığını dəstəkləməyən digərləri ilə yanaşı, eks-spiker Rəsul Quliyev də mətbuata açıqlamasında partiyanı ailə podratı adlandırıb. "Müsavat Partiyası ailə podratı, Arif Hacılı isə bu podratın rəhbəridir", - deyə bildirən Rəsul Quliyev Arif Hacılını primitiv təsir bağışlayan sədr adlandırıb.