Rusiya Ermənistanı yoxa çıxartdı
14:28 14-10-2014
CƏMİYYƏT
Rusiya Ermənistanı yoxa çıxartdı
Erməni lobbisi Serj Sarksyandan imtina edəcək
Bu günlərdə Minskdə Ermənistan nəhayət ki, Gömrük İttifaqına üzv qəbul olundu. Amma bir şərtlə ki, Dağlıq Qarabağsız. Yəni Gömrük İttifaqı Ermənistanın sərhədlərini Dağlıq Qarabağa qədər olan hissədə tanıyacaq. Bu isə faktiki Ermənistanın Dağlıq Qarabağdan uzaqlaşması deməkdir.
Çünki sabah Gömrük İttifaqının şərtlərinə uyğun olaraq Ermənistana Dağlıq Qarabağla aralarında gömrük postları qoymağı tələb ediləcək. Çox maraqlı başqa nüans isə bu oldu ki, yenə də Gömrük İttifaqının 3 üzvündən ikisi Nursultan Nazarbayevlə, Lukaşenko Azərbaycanın mövqeyini müdafiə etdilər.Azərbaycan da bu lobbiçilik imkanlarından maksimum dərəcədə yararlanacaq. Nəhayət daha effektli bir an bundan ibarət oldu ki, Rusiyanın istənilən formada təzyiqlərinə baxmayaraq Azərbaycan yenədə Gömrük İttifaqına yanaşmada heç bir fikir dəyişikliyinə getmədi. Amma hazırda ortada başqa bir sual var, Ermənistan bu cür ağır şərtlərlə Gömrük İttifaqına qoşulmaqla nəyə nail ola bildi? Ekspertlər hesab edir ki, bu gün Ermənistanın bu ölkələrin heç biri ilə ümumi sərhəddi olmadığından bu mənasız bir siyasi gediş idi. Daha doğrusu Rusiya Ermənistanı məcburən bura daxil etdi ki, dünyaya göstərsin ki, məlum regionda hələ də gücü var. Bundan başqa bir sıra erməni icmalçıları hesab edir ki, Ermənistan bura qoşulmaqla Gömrük İttifaqının maliyyə resurslarından istifadə edə biləcəklər. Amma bu da sirr deyil ki, heç bir halda istər Qazağıstan, istərsə də Belorusiya Ermənistana quru qəpik səviyyəsində olsa da dəstək olmayacaqlar. Deməli bu iddia cəfəng iddiadır. Çünki yuxarıda da dediyimiz kimi istər Belorusiya, istərsə də Qazağıstan hər zaman Azərbaycanın mövqeyini müdafiə ediblər. Rusiyaya gəldikdə isə, Rusiya hər zaman Ermənistana maliyyə dəstəyi göstərib və bu maliyyənin artması mümkünsüzdür. Sadəcə iqtisadi və hərbi baxımdan Ermənistanı nəzarətinə götürən Rusiya , indi də bu ölkəni siyasi baxımdan nəzarətinə aldı. Bunun əvəzində isə Ermənistanda siyasi durum daha da gərginləşdi. Belə ki, Ermənistanda mitinqlərə start verildi və hesab etmək olar ki, bu Serj Sarksyanın tam iflası olacaq. Bununla bağlı "Unikala açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirir ki, atılan addımlar faktiki Ermənistanın dövlət kimi yox olması deməkdir:"Ermənistan müstəqilliyini itirmək kursunu götürüb. Əslində, Ermənistan heç vaxt müstəqil olmayıb. SSRİ dağılan ərəfədə Ermənistan, o cümlədən keçmiş SSRİ məkanındakı ermənilər Qərb tərəfindən idarə olunub. SSRİ-nin dağılması prosesi başa çatdıqdan sonra Ermənistan özünü yenidən Rusiyanın "idarəçiliyinə verdi". Bu halda müəyyənedici məsələ Ermənistanın təhlükəsizliyi idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və mütəmadi olaraq antitürkiyə fəaliyyəti müharibə ehtimalını daim aktual edib. Qərb müharibə zamanı bu regionda Ermənistanı müdafiə etmək imkanına malik deyil. Rusiyanın isə belə imkanı həmişə olub və indi də var. Ermənistanın uydurduğu miflər gücləndikcə ona qarşı uydurma təhlükənin "neytrallaşdırılması" üçün Rusiyanın da rolu bir o qədər artırdı. Bütün bu dövrdə Ermənistan müstəqillik atributlarına malik olub. İndi Ermənistanın götürdüyü kurs müstəqillik atributlarının da itirilməsilə nəticələnə bilər. Siyasilər də elə bunu nəzərdə tuturlar". Bunu da ayrıca qeyd edək ki, Serj Sarksyanın tutduğu mövqe dünya erməni lobbisini də qane etmir və yəqin ki, bununla bağlı konkret addımlar atılacaq. İlk növbədə il boyu yığılan milyonlarla dollar ianə yəqin ki, Ermənistan rəhbərliyinə verilməyəcək. Bu isə Ermənistanda sosial partlayış həddi yaradacaq. Bunun qarşılığında isə yığılan pullar Ermənistan müxalifətinə verilə bilər ki, bu da Ermənistanda hakimiyyət dəyişikliyini qaçılmaz edəcək. Başqa bir tərəfdən erməni lobbisi ABŞ-da və Avropa Birliyində Ermənistan hakimiyyətinə qarşı da müəyyən addımlar ata bilərlər. Bu da sirr deyil ki, Avropa Birliyi bəyan etmişdi ki, Ermənistan Gömrük İttifaqına qoşularsa, bu ölkə ilə əlaqələrinə yenidən baxacaq. Beləliklə, əgər Avropa Birliyi başda olmaqla beynəlxalq təşkilatlar ikibaşlı mövqe sərgiləməsələr Ermənistanın Avropaya açılan qapıları bağlanacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41