Fəlsəfə və Hüquq İnstitutunda akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib
14:30 14-10-2014
CƏMİYYƏT
Fəlsəfə və Hüquq İnstitutunda akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix"(rus dilində) monoqrafiyasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
İnstitutun mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə institutun direktoru İlham Məmmədzadə bildirib ki, multidissiplinar yanaşmaların yer aldığı bu monoqrafiyada Dağlıq Qarabağ regionunun tarixi, Ermənistan-Qarabağ münaqişəsi faktlara əsasən antik dövrdən bu günə qədər təhlil edilib. Direktorun sözlərinə görə, rus dilində çap olunmuş kitabın beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, Azərbaycanda da tərcümə edilib gənc nəsilə çatdırılmasına ehtiyac var.
Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə 25 fəsildən ibarət kitabı rəsmi "danışan" sənədlərdən ibarət toplu kimi qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinin siyasi, tarixi və hüquqi istiqamətlərdə araşdırıldığını və kitabın rus dilində çap olunmasının rusdilli xalqların, dünya elmi ictimaiyyətinin Azərbaycanın tarixi həqiqətləri barədə bilgilənməsində rol oynayacağını qeyd edib.
Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri İsaxan Vəliyev kitabın fərqli üslubda yazıldığını, xüsusilə "Problem və hüquq" bölməsində yer alan məlumatların hüquqşünaslar üçün faydalı olacağını söyləyib. O, kitabda milli təhlükəsizlik probleminin qaldırıldığını da nəzərə çatdırıb.
Digər Xəbərlər
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18