Nazir müavini: "Avtobus qəzalarını maksimum azaltmağa çalışacağıq"
14:33 14-10-2014
CƏMİYYƏT
Nazir müavini: "Avtobus qəzalarını maksimum azaltmağa çalışacağıq"
"Paytaxtda baş verən avtobus qəzaları Nəqliyyat Nazirliyini də narahat edir. Xüsusilə də ictimai nəqliyyatda baş qəza halları narahatdoğurucu haldır. Bununla bağlı tərəfimizdən sərt tədbirlər görülüb".
Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Bu halların daha çox sürücü amilinə bağlı olduğunu deyən nazir müavini bildirib ki, aparılan işlərə baxmayaraq, hələ də istənilən nəticəyə nail ola bilməyiblər.
"Lakin bu istiqamətdə geniş tədbirlər həyata keçirilir. Sürücülərin hazırlanması, hazırlıq kurslarına cəlb edilməsi, "D" kateqoriyalı sürücülərdə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər mütəmadi olaraq davam edir. Ötən illərlə müqayisədə bu halların sayı azalıb, bunu statistik göstəricilər də göstərir. Lakin bu hadisələrin olması bizi qane etmir. Eyni zamanda biz bu işlər Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə davam etdiririk. Mən hesab edirəm ki, belə hadisələr təkcə Azərbaycanda deyil, bütün dünyada da baş verir. Lakin çalışacağıq ki, bu hadisələri maksimum azaldaq və son çatdıraq", - deyə M. Pənahov qeyd edib.
Digər Xəbərlər
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:17:26
2024-11-25 14:14:54