Tahir Kərimlidən radikallara cavab
14:36 14-10-2014
CƏMİYYƏT
Tahir Kərimlidən radikallara cavab
Vəhdət sədri: " "Milli Şura" bu mitinqlə fiaskosunu etiraf etdi"
"Müsavatın keçmiş başqanı İsa Qəmbər və yeni sədri Arif Hacılının "Milli Şura"nın oktyabrın 12-də keçirdiyi mitinqdə iştirak etmək məsələsi Müsavat divanında əvvəldən müzakirə olunmuşdu. Müzakirələrin sonunda qərara alınıb ki, onlar da mitinqdə iştirak etsinlər". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli AXCP sədri Əli Kərimlinin adıçəkilən şəxsləri mitinqə dəvət etmələrinə münasibət bildirərkən deyib.
T. Kərimlinin sözlərinə görə, İsa Qəmbər və Arif Hacılının mitinqdə iştirak etmələrinin əsas səbəbi özlərinin qınaq obyektinə çevrilməməsi olub: "Fikirləri bu olub ki, guya Müsavatın özündə də dırnaq arası siyasi məhbuslar var və məhz onların müdafiəsi üçün mitinqdə iştirak ediblər. Digər tərəfdən isə kütləvi tədbir olduğundan, real müxalifət kimi özlərini təqdim etmək istəyiblər".
O, həmçinin qeyd edib ki, Müsavat mitinqə öz bayraqları ilə gəlməmişdi: "Bu da o demək idi ki, hər iki qurum arasında hələ də küsülülük və düşmənçilik qalmaqdadır. Hətta onlar çıxışçıları tribunadan deyil, məhz aşağıda müşahidə edirdilər. Bununla da onlar öz aralarında səmimiyyətin olmadığını göstərmiş oldular. Xalq da bütün bunları yaxşı bildiyindən, heç kim onlara yaxın durmur. Bununla yanaşı, mitinqdən göründüyü kimi "Milli Şura"nın heç bir real gücü yoxdur. Hakimiyyətə gəlmək iddiası bir kənara, onların heç müxalifət kimi təşkil olunmaq iqtidarları da yoxdur. Ona görə də baş verənlər fiaskolarını etiraf etməyin bir nümunəsi oldu".
"Milli Şura"nın mitinqində İŞİD bayrağının qaldırılması məsələsinə də toxunan partiya sədri hesab edir ki, onlar bu yolla mitinqə daha çox insan cəlb etmək arzusunda olublar: "Mitinqin yekununa nəzər yetirsək görərik ki, onlar nəinki istəklərinə çatdılar, hətta biyabır oldular. Onların arasında əqidə birliyi olmadığından, əsl mahiyyətləri üzə çıxmış oldu".
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45