YAP Gənclər Birliyində bağlanış tədbiri
YAP Gənclər Birliyinin ofisində "Ekologiyasız həyat yoxdur" adlı layihənin bağlanış tədbiri keçirilib.
Birlikdən verilən məlumata görə, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP GB sədri Seymur Orucov ekologiyanın, ekoloji mühitin qorunmasında cəmiyyətin hər bir üzvünün diqqətli olmasının vacibliyini qeyd edib. S. Orucov onu da bildirib ki, ekoloji problemləri daima diqqətdə saxlamaq, onlara nəzarət etmək və bunların qarşısını almaq üçün daima maarifləndirmə işləri aparmaq lazımdır. Sonra çıxış edən nazir müavini Firdovsi Əliyev ekologiyanın hazırkı dövrdə xüsusi əhəmiyyət kəsb edən sahə olduğunu qeyd edərək, ekoloji mühitin qorunması, bununla bağlı layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Nazir müavini bu tip layihələrin ekoloji problemlərin əhaliyə çatdırılmasında da mühüm rola malik olduğunu qeyd edib. Sonra mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb. Layihə iştirakçısı olan gənclərə sertifikatlar təqdim olunub.
"Ekologiyasız həyat yoxdur" layihəsi YAP GB-nin elan etdiyi "Ekologiya ayı" çərçivəsində həyata keçirilib.
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43