Müxalifət AXCP-yə qarşı birləşdi
11:07 15-10-2014
CƏMİYYƏT
Müxalifət AXCP-yə qarşı birləşdi
Əli Kərimli ilə Cəmil Həsənlinin mitinqdəki mədəniyyətsizliyi müxalif düşərgədə birmənalı qarşılanmadı
Radikal müxalifətin bir qütbünü özündə birləşdirən Milli Şuranın 12 oktyabr mitinqi müxalifət düşərgəsində soyuq münasibətləri daha da gərginləşdirib.
Belə ki, bu aksiyada iştirak edən müsavatçılara, xüsusən də qurumun rəhbərliyinə qarşı edilən diqqətsizlik, saymazlıq qıcıq doğurub. Məlumat üçün bildirək ki, Müsavatın heç bir üzvü nəinki tribunaya dəvət edilməyib, hətta onların mitinqə qatılması barədə də məlumat verməyiblər. Bu da Müsavatla AXCP arasında hökm sürən gərginliyi bir qədər də artırıb. Mitinqdən sonra sosial şəbəkələrdə hər iki partiyanın nümayəndələri arasında qızğın mübahisələr yaşanır. Əli Kərimli ilə Cəmil Həsənlinin bu hərəkəti digər müxalifət qüvvələri tərəfindən də mənfi qarşılanıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Milli Şuranın mitinqinin tamamilə əhəmiyyətsiz bir hadisə olduğunu bildirib. Onun sözlərinə görə, bu səbəbdən də orda kimin kimə qarşı hansı hərəkət etməsi də önəmli hadisə deyil: "Axı, bu mitinq bizim üçün əhəmiyyətli hadisə deyil. Azərbaycan cəmiyyətində söz demək üçün daha geniş və səmərəli məkanlar var. 20-25 il qabaq televiziya, sosial şəbəkə imkanları yox idi, insanlar mitinqə qaçırdılar ki, orda bir xəbər eşitsinlər. Bu gün mitinqə gedən insan yeni nə eşidəcək? Orda qışqırıqdan, populist çıxışdan başqa heç nə eşitməyəcək. Ona görə də ümumiyyətlə, həmin mitinqin özü əhəmiyyətsiz bir şeydir. Üstəlik kimin orda kimisə salamlaması, yaxud saymamasının önəmi yoxdur. Milli Şuranın mitinqinə gəlincə, orda heç bir şey baş vermədi. Bu baxımdan da, mənim üçün cəlbedigi hadisə deyil. Kinminsə iştirak edib-etməməsi məsələsinin də üzərində durmağın mənası yoxdur ".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qəzetimizə açıqlamasında deyir ki, mitinqin təşkilatçıları məsuliyyət daşıdığına görə, trubunaya hər adamı buraxmırlar. Onun sözlərinə görə, təsadüfi adamlar çıxıb məktubda göstərilməyən şüarlar işlədə bilərlər, bu da əlavə problem yaradar: "Bütün partiyadan mitinqə insanlar gedib. Onların iki məqsədi olub. Birincisi, mitinqə dəstək vermək istəyirlər. İkincisi isə bildirirlər ki, Milli Şuranın bu mitinqində qaldılılan problem Müsavata yad deyil. Müsavat da həmin ağrıya acıyandır. Milli Şuranın mitinqini təşkil edənlərin borcu idi ki, aparıcı onlara dəstək verən partiya liderlərini salamlasın, ən azı alqışlasın. Bu, siyası etikadır. Orada bunu nümayiş etdirməyiblər. Bunlar bilməli idi ki, İsa Qəmbər mitinqə özünü reklam etməyə getməyib. Onlar bunu bilməliydi. Bu kimi məsələlər siyasi mədəniyyətlə əlaqədardır. Etiraf edək ki, Azərbaycanda siyasi mühit ölüb. Siyasi mədəniyyət inkişaf eləmir, davranışlar beynəlxalq standartlara uyğun deyil. Nə qədər ki, bu sadaladığım məsələlər yerində deyil, həmişə belə problemlər olacaq".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də mitinqin mənfi tərəfləri ilə bağlı fikirlərini "Unikal"la bölüşüb. Partiya sədri deyib ki, Milli Şuranın aksiyasında iştirak edənlərin 5-10 faizi onun rəhərlik etdiyi partiyanın nümayəndələri olub: "Aksiyada mənim müavinim də iştirak edib. Camaatın mitinqə gəlməsinin qarşısını almaq üçün komissiya yaratmışdıq və bu istiqamətdə Müasir Müsavat Partiyanın Gənclər Təşkilatı ilə müəyyən tədbirlər gördük. Biz də aksiya keçirəcəkdik. Buna görə də bütün fəallarımız orada idi. Maşınların icində "boçka"lar gətirmişdik ki, ayağmızın altına qoyub, səs gücləndiricilər vasitəsi ilə çıxışlar edək. Hüquq-mühafizə orqanlarından olan yoldaş xahiş elədi ki, bu addımı atmayaq. Belə olsa, qırğın düşər və qarşısını ala bilməzlər. Biz qan düşməsin deyə, piket keçirmədik. Milli Şuranın mitinqinə az adam gəldi. Bu da bizim təbliğatımızın uğurudur. Deyirdilər ki, 10 min nəfər insan iştirak edəcək. Biz onun qarşısını aldıq. Mitinqdə iştirak edən Müsavat Partiyasının nümayəndələrinə qarşı sərgilənən münasibət bunların hansı xislətə sahib olduqlarını göstərdi. Əslində, Əli Kərimli İsa Qəmbərin, İsa Qəmbər də Əli Kərimlinin tayıdır. Onlardan bundan artıqığını gözləməyə dəyməz".
Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli də AXCP rəhbərliyinin bu münasibətini pisləyib: "AXCP-nin Müsavata daim rəqib gözü ilə baxmasına öyrəncəliyik. Cəmil bəy Müsavatla apardıgı danışıqlarda xoş məram ifadə etmişdi. Təəssüf ki, onlar Cəmil bəyin mövqeyinə hörmət qoymurlar. İstənilən halda bu aksiyani təqdir edirik. Növbəti aksiyanın Məhbusların Müdafiə Mərkəzi adından təyin olunmasını və birgə təşkilini tövsiyyə edirik".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41