Müsavatdan daha bir narazılıq
11:08 15-10-2014
CƏMİYYƏT
Müsavatdan daha bir narazılıq
Adil Qeybulla: "Müəyyən bəyanatlar vermək, ambisiyalar sərgiləmək, bir tərəfi haqlı digərini haqsız çıxarmaq siyasətçi davranışı deyil"
Müsavat Partiyasında Qubad İbadoğlunun tərəfdarları Arif Hacılıya qarşı mübarizəni davam etdirirlər.
Maraqlısı odur ki, prosesə Müsavatda nüfuzu olan, amma sıravi üzvlər də qoşulub. "Unikal"ın məlumatına görə, Qubad İbadoğlu qurultayda baş verən qanun pozuntuları ilə bağlı məsələ aydınlaşmayana qədər geri durmaq fikrində deyiləm. Belə ki, Qubad İbadoğlunun tərəfdarı Adil Qeybulla da Arif Hacılıya, daha doğrusu, baş verən qanunsuzluğa qarşı çıxır: "Siyasətçinin ən mühüm cəhəti ondan ibarətdir ki, o, insanları ətrafında cəmləyə, onları qələbəyə inandıra bilsin. Bunlar olmadığı təqdirdə uğursuzluq və bu cür münasibət yaranır. İstefaları parçalanma kimi qiymətləndirmək olmaz, amma hər halda yaranan vəziyyət ürəkaçan deyil. Sonuncu qurultay partiyanın tamlığını qorumaq, mütəşəkkiliyini artırmaq əvəzinə xeyli problemlər yaratdı. Bu da onu göstərir ki, əgər qurultayın nəticələri partiyanın xeyrinə deyilsə, bunu xeyli düşünmək lazımdır. Müəyyən bəyanatlar vermək, ambisiyalar sərgiləmək, bir tərəfi haqlı digərini haqsız çıxarmaq siyasətçi davranışı deyil".
Onun fikrincə, qurultaydan sonra konsensus üçün partiya rəhbərliyinin cəhdlər göstərəcəyini ehtimal edib. "Amma əks tərəfdən sosial şəbəkələrdə, mətbuatda düşmənçilik səviyyəsində münasibətlərin sərgilənməsi, təhqirlər və s. vəziyyət o yerə çatıdırılıb ki, burada barış imkanları xeyli məhdudlaşır. Məyusedici situasiyadır. Ola bilər kimlərsə, 4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya narahatdır. Hesab edirəm ki, bu barədə düşünmək lazımdır. Siyasətçinin ən mühüm cəhəti ondan ibarətdir ki, o, insanları ətrafında cəmləyə, onları qələbəyə inandıra bilsin. Bunlar olmadığı təqdirdə uğursuzluq və bu cür münasibət yaranır, mərkəzdənqaçma meyilləri güclənir. Buna yol vermək olmaz. Mənə elə gəlir ki, partiyada kifayət qədər nüfuzu olan şəxs, yəni keçmiş başqan bu situasiyada qətiyyən kiminsə tərəfindən yox, konsensus istiqamətində açıqlamalar verməlidir. Partiyanın bütövlüyünü qoruyub saxlamaq üçün təcili təxirəsalınmaz addımlar atmalıdır. Bu addımlar atılsa, nəticə də yaxşı olacaq. Atılmasa, ən azı partiyadan xeyli qopmalar olacaq və bu prosesdə iştirak etmək istəməyənlər partiyada fəallığın sıfıra enməsinə səbəb olacaq. Belə olacağı təqdirdə ümumilikdə partiya uduzacaq", - deyib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41