Milli Şurada növbəti parçalanma
12:40 16-10-2014
CƏMİYYƏT
Milli Şurada növbəti parçalanma
Sabir Rüstəmxanlı partiyadaşlarını qurumdan geri çağırmağa başlayıb
Radikal müxalifətdə parçalanma sindromu davam edir. Belə ki, dünən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Milli Şura üzvlüyündən istefa verib.
"Unikal"ın xəbərinə görə, bu barədə açıqlama verən A.İsmayılbəyli bildirib ki, səhhətində yaranan problemlər aktiv siyasi fəaliyyət göstərməyinə mane olur: "Bu proseslər bəzən mənim üçün diskomfort şəraitin yaranmasına gətirib çıxardır. Bunları nəzərə alaraq bu gündən İctimai Palata və Milli Şura üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram. Onsuz da bu qurumların axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim. Üzvü olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də təmsilçiyimə isə çox güman ki,yaxın zamanlarda aydınlıq gətirəcəyəm".
Milli Şuradan baş verən istefaya reaksiya gecikməyib. Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyev deyib ki, bu barədə məlumatsızdır: "Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Arif İsmayılbəylinin Milli Şuradan istefa verməsindən xəbərsizəm". O, bildirib ki, istefa ərizəsini sosial şəbəkədə yaymaq düzgün deyil: "Bunu Milli Şuaraya təqdim etmək lazımdır. Hər bir şəxs Milli Şuraya üzv olanda müraciət ərizəsi yazır. Eyniylə çıxanda da ərizə ilə quruma müracət etməlidir. Təəssüf ki, Arif İsmayılbəylinin istefasını mətbuatdan eşidirəm".
"Unikal"ın əldə etdiyi məlumata görə, VHP sədrinin müavinin Milli Şuradan istefası əvvəlcədən planlaşdırıldan hadisədir. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, buna səbəb VHP sədri Sabir Rüstəmxanlı ilə Milli Şura rəhbəri Cəmil Həsənli arasındakı münasibətlərin soyumasından irəli gəlir: "Cəmil Həsənli Əli Kərimlinin istəyi ilə hamını Milli Şuradan incik salır. Onun son dövrlər tutduğu mövqe Sabir Rüstəmxanlıya xoş gəlmir. Ona görə partiya üzvlərinə Milli Şuradan uzaqlaşmaq tapşırığı verib. Bu səbəbdən də onlar müxtəlif bəhanələrlə Milli Şuradan uzaqlaşmaq yolu tuturlar. Yəni, indi də Milli Şuranı Sabir Rüstəmxanlı parçalayır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24