Qubad İbadoğludan keçmiş başqana mesaj
12:40 16-10-2014
CƏMİYYƏT
Qubad İbadoğludan keçmiş başqana mesaj
Narazı namizəd: "İsa Qəmbərin suallarına tutarlı cavabım var"
"İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavablarım var". Bunu Müsavat partiyası başqanlığına namizəd Qubad İbadoğlu bildirib.
O, Müsavat partiyasının lideri İsa Qəmbərin suallarının birinə aydınlıq gətirib: "Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliylini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün güzəştə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm. Digərlərinə gəlincə, "Müsavat partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış"da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq. Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamazdan əvvəl şübhə altına alınıb". Q.İbadoğlu onu da bildirib ki, edilən müraciətə rəsmi cavab gözləyir.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22