Bakı zooparkında biabırçılıq
12:44 16-10-2014
CƏMİYYƏT
Bakı zooparkında biabırçılıq
Uşaqların və paytaxtımızın qonaqlarının tez-tez baş çəkdiyi ünvanda ayaqyolu rəzaləti
Paytaxtda uşaqların və şəhərimizə gələn qonaqların tez-tez baş çəkdiyi Bakı zooparkında çox qəribə bir mənzərə var.
Zooparkdakı ayaqyolunun natəmiz və utandırıcı olması bir yana, tutacağı sınıq olan qapılarının arasında asılan "sok butulkası" istər-istəməz diqqəti cəlb edir. Deməli, yarısı kəsilmiş bu "sok butulkası"nın təyinatı ayaqyolundan istifadə edənlərin ona qəpik atması üçündür. Bunu kimin, hansı ağılla düşünüb-daşınıb belə bir qərara gəlməsini deyə bilməsək də, 100 faiz dəqiqliklə əminik ki, Bakı zooparkındakı mövcud biabırçılıq Hacıbala müəllimin sözü olmasın, nə Bakımıza, nə də onun sakinlərinə yaraşmır. Hələ xaricdən gələn qonaqları demirik...
Təsəvvürünüzə gətirin ki, hər hansı xarici ölkədən ölkəmizə gələn turist Bakı zooparkına üz tutanda bu mənzərənin şahidi olur. Şəhəri gəzib "Alov qüllələri"ni, İçərişəhəri, digər müasir tikililərimizi, abadlaşan ölkəmizi görən bir əcnəbi, Azərbaycan haqqında nə qədər gözəl məlumatlara sahib olursa, zooparkdakı ayaqyolunun qapıları arasında asılan yarımçıq kəsilmiş "sok butulkası" ilə qarşılaşanda, yəqin ki, ölkəmiz haqqında topladığı təəssüratı alt-üst olur!
Söhbət burda 20 qəpikdən getmir. Yəni o pulu daha mədəni şəkildə, qaydalara uyğun toplamaq da olardı. Amma bir şərtlə ki, ayaqyolu deyilən yerin heç olmazsa qapılarının cəftəsi bağlansın, içərisi təmiz, sanitar qovşağı normal işləsin. Digər tərəfdən isə zooparka bilet alıb daxil olanlar nə üçün ayaqyolu üçün əlavə pul ödəməlidirlər? Məgər kinoteatra, ya hər hansı əyləncə məkanına gedəndə harada görünüb ki, orada əlavə "tualet" pulu üçün kassa qoyulsun? O zaman zooparkda "sok butulkası"dan kassa düzəltməyin adı nədir? Bəlkə zooparkın pulu yoxdur, heyvanların yemini "tualet"dəki kassanın hesabına alırlar? Amma yox, zoopark dövət tərəfindən maliyyələşir.
Bir qədər əvvəl zooparkın müdiri Azər Hüseynov da özü bildirmişdi ki, "dövlət bura dotasiya verir, heyvanların yemlənməsinə kömək edir. İşçilərin əmək haqqı da dotasiya hesabına ödənilir. Zooparka bilet böyüklər üçün 1 manat, uşaqlar üçün isə 60 qəpikdir. Bizim qazancımız da yemlərin alınmasına, təmir işlərinə xərclənir".
Bəs o zaman görəsən ayaqyolunun qapıları niyə təmir olunmur, içi niyə abıra salınmır?!. Hələ bunlar az imiş kimi "sok butılkası"nı da ortasından baltalayıb divardan asıblar...
Ə. Məmmədov
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41