AXCP Müsavata görə narahatdır
Həsən Kərimov: "Müsavatda qarşıdurmaların yaranması AXCP-ni narahat edir"
"Təəssüf ki, Azərbaycanın ictimai-siyasi tarixində uzun bir dövür keçmiş Müsavat partiyasında qarşıdurmalar baş verir. Məmməd Əmin Rəsulzadənin təsis etdiyi Müsavatda bu cür halların, qarşıdurmaların yaranması AXCP olaraq bizi narahat edir".
Bunu AXCP-nin sədr müavini Həsən Kərimov deyib. H.Kərimov məsləhət görüb ki, istər Müsavat liderləri, istərsə də üzvləri özlərində bir təpər tapmalı, proseslərə tam obyektiv qiymət verməlidirlər: "Sözügedən partiyada müəyyən qruplara xidmət edən, özlərinin dediyi kimi "iqtidarı dəstəkləyən adamların" olması parçalanmaların əsasını təşkil edir. Hər halda bu onların daxili işidir. Düşünürəm ki, ardıcıl istefaların olması yaxın zamanda Müsavatda ciddi proseslərin olacağına gətirib çıxaracaq. Başqanlığa namizədlərin bir-birini tənqid etməsi heç də yaxşı sonluqdan xəbər vermir".
Digər Xəbərlər
2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 14:26:00

2025-02-27 14:14:54

2025-02-27 14:09:42

2025-02-27 14:06:09

2025-02-27 13:13:00

2025-02-27 12:55:52

2025-02-27 12:50:39

2025-02-27 12:50:00

2025-02-27 12:34:53

2025-02-27 12:31:21

2025-02-27 12:23:00

2025-02-27 12:18:51

2025-02-27 12:18:03
