Qanunsuz silah-sursatı necə təhvil verək?
Odlu silahla saxlanılan şəxslərin böyük əksəriyi ya zibillikdən, ya da qəbiristanliqdan tapdığını deyir
Odlu silah və ondan istifadə, hər bir insanın maraq dairəsinə oldan silahlar və onu əldə edib saxlama kimi hallara tez-tez rast gəlmək olar.
Ölkənin kriminogen durumunu pozan hadisələrin içərisində silahlı insidentlərin də özünə məxsus yeri var. Daxili İşlər Nazirliyinin bu ilin 6 ayı ilə bağlı statistikada da silahlı şəxslər və qanunsuz odlu silah əldə edib saxlama ilə bağlı məlumat verilib. Nazirliyin açıqlamasında göstərilir ki, yanvar-iyun aylarında qanunsuz olaraq odlu silah saxlama və daşıma ilə bağlı 71 nəfər saxlanılanaraq cinayət məsuliyyətinə cəlb edilib.
Odlu silahla saxlanılan şəxslərin böyük əksəriyi ya zibillikdən, ya da qəbiristanliqdan tapdığını deyir. Bəs bu silahlar əhalidə hardandı. Sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, Sovetlər Birliyi dagıldığı bir vaxtda, rus qosunları ölkəni tərk etdikdə hərbi briləşmələrdə olan silahlar nizamlı şəkildə təhvil verilmədi. Nəticədə də həmin silah-sursatın elə də partlayıcı maddələrin çoxu mülkü vətəndaşların əlinə keçdi. Digər bir səbəb isə birinci Qarabağ müharibəsidir.
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, müharibə dayandı ordakı silah-sursatlar vətəndaşların əlinə keçdi.
1995-97 ci illərdə vətəndaşlarda olan silah sursatların yığılması ilə bağlı silsilə tədbirlər keçirilsə də, nədənsə sonradan bu işə maraq azalıb. Həmin müddət ərzində, hətta ölkə əhalisının böyük qismi könüllü olaraq silahlarını hüququ-mühafizə orqanlarına təhvil veriblər. Bəs indi ne etməl. Sabiq polis polkovniki bunun üçün marifləndirici işlərin aparılmalı olduğunu bildirdi.
Odur ki, evinizdə saxladığınız qanunsuz odlu silah varsa onu təhvil versəniz yaxşı olar. Yoxsa ya özünüzə, ya da yaxınlarınıza ziyan dəymiş olar.
Aliyə
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
