"Ermənistan türklərinin 1988-ci il soyqırımı"
01:25 18-10-2014
CƏMİYYƏT
"Ermənistan türklərinin 1988-ci il soyqırımı"
Vaxtı ilə bütöv Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycan, indiki Ermənistan, Şərqi Azərbaycan-Gürcüstanın bir hissəsi, Cənubi Azərbaycan-Təbriz, Şimali Azərbaycan-Dərbənd əraziləri 1800-cü illərdən başlayaraq ümumxristian mafiyasının planı əsasında parçalanaraq Ermənistan vilayəti (1827) yaradılmış, digər ərazilər isə Gürcüstan, İran, Rusiya dövlətlərinin ərazilərinə qatılmışdı. Bütünlüklə bu ərazilərin işğal edilməsi, xalqımıza qarşı amansız soyqırımlarla nəticələnmişdir. Bəli, bu soyqırımlar tariximizdən, yaddaşımızdan silinməyəcək izlər buraxmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşiliklər, soyqırımlar, ağır cinayətlər ümummilli liderimiz Heydər Əliyevin tövsiyyəsi ilə yazarlarımız tərəfindən hər biri qeydə alınmış, gələcək nəsillərə çatdırılmış və çatdırılmaqda davam etdirilir.
Bu sahədə şair-yazıçı, əməkdar jurnalist "Təbib" qəzetinin baş redaktoru Eldar İsmayılın da zəhməti az deyildir. O, indiyə kimi yazdığı 41 kitabının çoxunda istər nəzm, istər nəsr əsərlərində, publisistik məqalələrində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, doğma ata-baba yurdlarımızdan, bu yer-yurdların itirilməsindən, insanların soyqrıma, ayrılığa, həsrətə düçar olmalarından və bu hadisələrin dünyaya, gələcək nəsillərə çatdırılmasından yazmışdır.
Bəli, bu günlərdə böyük ədib, tanınmış yazar Eldar İsmayılın "Ermənistan türklərinin 1988-ci il soyqrımı" adlı kitabı yenidən işlənmiş ikinci nəşri işıq üzü görmüşdür.
Kitaba AMEA A.A.Bakıxanov adınaTarix İnstitutunun elmi işçisi, Dövlət mükafatı laureatı Nazim Mustafa ön söz yazmışdır. 1988-ci ildə dəhşətli hadisələrin şahidi olan Nazim müəllim kitabın hər bir sətrinə diqqətlə yanaşmış, oxucunu kitabı oxumağa istiqamətləndirən, sövq edən, "Azərbaycanlıların əzəli torpaqlarından - 1988-1989-cu illər deportasiyası" başlıqlı ön sözü yəqin ki, 1988-ci il soyqırımının yaddaşlara əbədi həkk olunmasına kömək edəcək, təkan vərəcək.
Ermənilərin xislətinə, vandalizminə, Azərbaycana, azərbaycanlılara qarşı apardıqları siyasətə yaxından bələd olan, Nazim müəllim onlara bu işdə kömək edən keçmiş Sovet dövlətinin rəhbəri Mixayil Qorbaçovun bilavasitə rəhbərliyi sayəsində həyata keçirildiyini qeyd edir.
Yaxşı yadımdadır ümummilli liderimiz, daha doğrusu türk dünyasının lideri Heydər Əliyevin Sovet Dövlətində tutduğu rəhbər vəzifədən uzaqlaşdırılması Amerika prezidentinin M.Qorbaçovla, az sonra isə Fransa prezidenti ilə Qarbaçovun gizli görüşündən bir az keçən kimi 1987-ci il oktyabrın 19-da həyata keçirildi. Həmin görüşlər oktyabrın əvvəllərində oldu. Qeyd edim ki, bu görüşlər barədə radio və televiziyada sadəcə olaraq ... prezidentlər görüşdü - deyə məlumat verildi.
1987-ci il oktyabrın əvvəllərində Roma papası ilə Qorbaçovun görüşündə papa xristian millətləri haqqında xoş sözlər-dualar deyən zaman M.Qorbaçov bu sözləri ört-basdır etmək üçün "SSRİ çox millətli dövlətdir, burada çox millətlər yaşayır"... deyəndə papa onun üzünə tərs-tərs baxıb, ..."Xristian millətləri yaxşı yaşamalıdır, həmişə yaxşı olmalıdır"... O, hətta M.Qorbaçova bərkdən qışqırdı. Hirsli-hirsli, tərs-tərs baxıb onu danışmağa qoymadı.
"Ermənistan Türklərinin 1988-ci il soyqrımı" kitabı "Faciənin müqəddiməsi" mövzusu ilə başlayır. Eldar İsmayıl ermənilərin keçmişinə qayıdır. Onların yeri-yurdu olmadığını, bu siyasətin Rusiyanın köməyi sayəsində həyata keçirildiyini qeyd edir. Bununla da İrəvan şəhərinə və digər mahallara qarşı aparılan soyqırımlar, qırğınlar nəticəsində Qərbi Azərbaycan torpaqları ermənilərin əlinə keçir. 1920-ci ildə xarici dövlətlərin köməyi ilə - mən deyərdim ki, ümum- xristian mafiyasının üzvü olan dövlətlərin köməyi ilə Ermənistan adlı respublika yaradıldı.
Müəllif mühüm məsələlərə çox diqqətlə yanaşmış, ermənilərin bir çox tarixi abidələrin, yer-yurd adlarının dəyişdirilməsinin həyata keçirilməsini reallıqla qeyd etmişdi.
Dərələyəz mahalında Ortakənd kəndində olan qədim alban abidəsini ermənilər öz adlarına çıxıb onun 700 il bundan əvvəl yaradılmış Qladzor universiteti olduğunu bildirmişlər. Belə buna bənzər işlər çox həyata keçirilmışdi. İrəvan şəhərində mövcud olmuş 9 məsciddən sonralar biri fəaliyyət göstərirdi.
Eldar İsmayıl oxuculara Rza Vəlibəyovun "Keçmişdən səhifələr" adlı kitabından çox mühüm bilgilər verir. Türkiyədən və başqa dövlətlərdən gələn qaçqın ermənilərin azərbaycanlı kəndlərində zorla yerləşdirilməsindən, aydın məsələdir ki, belə hallar zamanı dava-dalaş və qırğınlar törədilirdi. Ermənilərin Qərbi Azərbaycanın bütün rayonlarında, kəndlərində yerləşdirilməsi prosesi XX əsrin əvvəllərindən başlayaraq 1950-ci illərə kimi davam etdirilirdi.
Müəllif XIX əsrin əvvəllərindən ermənilərin quldur dəstlərinin ayrı-ayrı rayonlarda, İrəvan şəhərində soyqrımlar törətməsini tarixi faktlarla təqdim edir.
Naxçıvanda erməni quldur dəstələrinin yerli əhalini qırmaları, öz doğma yurdlarından qovulmaları da qeydəalınmışdır.
Naxçıvanda, İrəvanda və Bakıda xeyli azərbaycanlı qırılmasını eşidən Təbriz camaatı Naxçıvana axışıb ermənilərə hücum edir, azərbaycanlılara köməklik göstərirlər. Müəllif bu kitabda 1905-1907- ci illərdə Şuşada, Gəncədə, Naxçıvanda, Gümrüdə və Göyçədə də erməni vəhşiliyi sayəsində - quldur dəstələrinin hücumu ilə xeyli sayda azərbaycanlının öldurulməsini, onların torpaqlarının ermənilərin əlinə keçməsini göstərir. Ermənilərin silah-sursatla təmin edilməsi və quldur dəstələrinin yaradılması, rus imperiyasının yaxından köməkliyi sayəsində həyata keçirilirdi.
Qərbi Azərbaycanın bütün mahallarında azərbaycanlıların kütləvi qırğını təşkil edilirdi. Bütünlüklə indiki Ermənistan ərazisindən həmin illərdə 350 mindən çox azərbaycanlılar yerinədən-yurdundan çıxarıldı. Bu vaxt dəhşətli deportasiya zamanı 150 mindən yuxarı azərbaycanlı məhv edildi.
1948-1952-ci illərdə də Ermənistandan 150 min azərbaycanlının köçürülməsi barədə SSRİ Nazirlər Soveti qərar vermişdi. Ümumiyyətlə, respublika səviyyəsində azərbaycanlılara qarşı çox pis müanasibət göstərilir, onların sosial tələblərinin və digər ehtiyaclarının ödənilməsinə hər vəchlə mane olmağa çalışırdılar. Bütün rayonlarda, idarələrdə və digər müəssisələrdə mərkəzi komitədə rəhbər işçilər ermənilər olduğuna görə onların əməlləri həyata keçirilirdi. Azərbaycanlıların ehtiyac və tələbləri ödənilməmiş olaraq qalmaqda davam etdirilirdi.
Qərbi Azərbaycanda yaşayan indiki Ermənistan azərbaycanlıların daim müsibətə düçar olmalarını, hər tərəfli faktlarla izah edir. Azərbaycanlı gənclərimizə mütəxəssislərə iş verilmir, onların respublikadan çıxmasına şərait yaradılırdı.
Hətta Bakıdan Ermənistan rayonlarına çəkilmiş qaz kəmərləri azərbaycanlı kəndlərin içindən çəkilib ermənilər yaşayan kəndlərə verilirdi.Azərbaycanlılara qarşı olan fitnəkarlıqlar daha doğrusu onların başına gətirilən bu fəlakətlər Sovet Dövlətinin rəhbəri M.S. Qorbaçovun rəhbərliyi sayəsində həyata keçirilirdi.
Müəllif Ermənistan ərazisində azərbaycanlılara qarşı olan bu fitnəkarlıqların Dövlət səviyyəsində həyata keçirildiyini faktlarla, yəni biz qaçqınlar bunların hamısını gözümüzlə görüb, qulağımızla eşitdiklərimizi oxuculara çatdırır. Xüsusilə, Masis, Qafan, Gorus, Vedi, Kirovakan azərbaycanlılarına daha qəddar münasibət göstərildiyini,Vedidə daşnak Andronikə, onun dəstəsinə, millətini vətənini sevən mərd, qeyrətli Abbasqulu bəyin vurduğu zərbə heç vaxt heç kəsin yadından çıxmamasını qeyd edən müəllif bunun tarix boyu yaddaşlardan silinməyəcəyini bildirir.
Eldar İsmayıl, növbəti səhifələrdə Vedibasar, Göyçə, İrəvan, Gədəbəy rayonuna qarşı barıt çəlləyinə çevrilən Başkənd (Arzvaşen), Masis (Uluxanlı), (Zəngibasar) Noyemberyan, Yeravan, Kirovakan, Quqark, Spitak, Kalinino, Tumanyan, Qəmərli, Artaşat, Dəzələyəz rayonlarında azərbaycanlıların başına gətililən müsibətli faciələrdən, erməni vandalizminə nəzarət olunmamasından, bütün bu hadisələrin törədilməsinə Rusiya hökumətinin rəvac verməsindən yazır. O cümlədən ayrı-ayrı rayonlarda nə qədər azərbaycanlıların qətlə yetirilməsi də dəqiqliklə kitaba salınmışdır.
Ümumiyyətlə, 1988-1989-cu il soyqırımında 216 nəfərin qəddarcasına öldürülməsi qeydə alınıb. Kitabda öldürülənlərin hər birinin təvəllüdü, yaşadığı ünvan, öldürüldüyü tarix və necə öldürülməsi dəqiqliklə göstərilib.
Kitabda həmçinin Qərbi Azərbaycanda-indiki Ermənistanda olan yaşayış məntəqələri rayonlar üzrə ayrı-ayrı sadalanıb göstərilmişdir. Bəli, kitabda azərbaycanlılar yaşadıqları 264 kəndin (170-kənd təmiz azərbaycanlılar yaşayan, 94 kənd qarışıq olan kəndlərin) siyahısı da verilmişdir.
Ulu öndərimiz, türk dünyasının ümummilli lideri, Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli azərbaycanlıların soyqırımı haqqında fərmanının verilməsi də tariximizdə silinməyən izlər buraxdı. Məsələyə indiki dövrdə Prezident İlham Əliyevin diqqətlə yanaşması, qayğı göstərməsi tariximizin qanlı səhifələrinin yaşanması, gələcək nəsillərə ötürülməsi üçün əsl örnəkdir.
Saşa Əliyev,
ATU-nun Əsaslı
Kitabxanasının direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü.
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54