Azərbaycanda monopoliyaların kökünü necə kəsməli?
13:05 08-05-2012
İQTİSADİYYAT
Azərbaycanda monopoliyaların kökünü necə kəsməli?
İqtisadçı deputatdan ilginc açıqlamalar: "8 faizlik inflyasiyanın 4 faizi inhisarçıların qiymətləri süni şəkildə artırmaları ilə bağlıdır"
Azərbaycan iqtisadiyyatının hazırki durumu nədir? Onu perspektivdə nələr gözləyir? Ölkədəki əsas iqtisadi bəlalar hansılardır və onlardan necə qurtulmaq olar? Bütün bu və digər suallarla bağlı Milli Məclisin deputatı, parlamentin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli maraqlı açıqlamalarla çıxış edib.
Məsimli, "Ölkə iqtisadiyyatında baş verən inflayasiya proseslərinin artmasına şərait yaradan amillər hansılardır" sualına cavabında bildirib ki, Azərbaycanda qiymət artımına şərait yaradan çoxlu obyektiv və subyektiv amillər var: " Amma ötən il ölkədə ümumdaxili məshulun cəmi 0,1 faiz artdığını nəzərə alsaq, ehtimal etmək olar ki, iqtisadiyyatın digər sahələrində ciddi problem yoxdur və inflyasiya yüksək olmamalıdır. Məntiqlə, 2-2,5 faiz inflyasiya ölkə iqtisadiyyatında, xüsusən də, real sektorda, maliyyə sektorunda və sosial sahədə baş verən proseslərlə bağlıdır. Təxminən 2-2,5 faiz inflyasiya maliyyə kataklizmlərinin yer aldığı başqa ölkələrdən idxalla bağlıdır. Ümumiyyətlə, inflyasiyanın obyektiv səviyyəsi 4-4,5 faiz səviyyəsində olmalıdır".
Bununla belə, ötən il inflyasiya təxminən 8 faiz təşkil edib. Əgər ölkə iqtisadiyyatında hər şey qaydasındadırsa, nə üçün bizdə inflyasiyanın səviyyəsi bu qədər yüksəkdir? İqtisadçı millət vəkili deyib: "Məsələ burasındadır ki, sözügedən 8 faizlik inflyasiyanın 4 faizi monopilstlərin qiymətləri süni şəkildə artırmaları ilə bağlıdır. Mən olduqca əminəm ki, inflyasiya artımını dayandırmaq üçün monopoliyanı kökündən məhv etmək lazımdır. Çünki qiymət artımı təhlükəsi onların yaratdığı özbaşınalıqla bağlıdır".
Bəs onda belə çıxmırmı ki, bu 4 faiz kölgə iqtisadiyyatının payına düşür? Əli Məsimli deyir ki, məhz belədir: "Beləliklə, süni qiymət artım üzündən əməkhaqlarında, təqaüdlərdə və s.-də artımlar monopolistlərin "yeminə" çevrilir".
İqtisadi böhranın ikinci dalğası ölkə iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı danışarkən Məsimli deyib: "Dünya maliyyə böhranın ikinci dalğası çoxdan başlayıb, amma biz bunu o qədər də hiss etmirik. Hazırda bu dalğa Azərbaycan iqtisadiyyatına təsir edir. Əvvəla, xammala, o cümlədən neftə ehtiyac azalır, bu da avtomatik olaraq, onun istehsalının azalmasına səbəb olur. Uyğun olaraq, bu, ölkənin iqtisadi artım tempinə təsir edir, çünki ÜDM-in 50 faizi neft və neft məhsulları ilə bağlıdır. 2011-ci ildə də təxminən belə oldu: neft istehsalı 9 faiz azaldı və qeyri-neft sektorunda ÜDM 9 faizdən çox artdı. Nəticədə, müəyyən durğunluq yarandı. Tutaq ki, ötən il neft istehsalı 9 faiz azalmasaydı, 2011-ci ildə ÜDM 1 faiz yox, hardasa 5 faiz artacaqdı. İkincisi, qlobal böhranın təsiri ölkənin maliyyə sektorunda özünü göstərir, çünki indiki mıqamda ucuz maliyyə resursları tapmaq çətindir. Bu səbəbdən də, ucuz maliyyə resurslarının olmaması ölkənin bank sektorunun faiz dərəcəsində mütləq əksini tapacaq".
Cari ilin sonunda bizi hansı inflyasiya dərəcəsinin gözlədiyi ilə bağlı suala cavabında Məsimli bildirib: "Fikrimcə, 2012-ci ilin sonunadək iqtisadi artım tempi 4 faizədək olacaq. Hakimiyyət monopoliya əleyhinə səmərəli mübarizə üsulu tətbiq edə bilsə, inflyasiya elə 4 faiz səviyyəsində qala bilər. Əks halda, inflyasiyanın səviyyəi 8-10 faizə çata bilər".
Müasir ipoteka krediti modelini və onun tikinti sektoruna təsirini qiymətləndirərkən iqtisadçı millət vəkili ondan başlayıb ki, dünya maliyyə böhranının ilk dalğası ölkəmizdə tikinti sektorunun inkişafına güclü təsir göstərdi, ən azı, bu təsir başqa ölkələrdəkindən zəif olmadı: "Böhranın birinci mərhələsində zəif, sonra isə, orta səviyyədə olan şirkətlər sıradan çıxdı və beləliklə, tikinti tempində müəyyən mərkəzləşmə baş verib. Bu gün bu sahə hələ də özünə gəlməyib. Bu, tikinti templərinin aşağı düşməsindən də hiss olunur, öz növbəsində bu azalma iqtisadiyyatın digər sahələrinə, xüsusən də tikinti materialları istehsalına təsir göstərib. İpoteka kreditlərinin konkret modelinə gəlincə, postsovet ölkələri ilə müqayisədə biz onların 10 ilə keçdikləri yolu sürətlə qət etdik. Bu mənada səviyyəni qənaətbəxş hesab etmək olar, amma əhalinin ehtiyacları, real potensial nəzərindən, ipoteka modeli əsaslı şəkildə mükəmməlləşdirilməlidir. Hakimiyyət bu barədə çox danışır, konkret addımları isə, görmürəm".
Kredit faizlərinin azalması və ya ipoteka mənzili üçün ilkin ödənişin ləğvi paytaxydakı evlərin bahalaşmasına və nəticədə inflyasiyanın kəskin şəkildə artmasına səbəb ola bilərmi? Məsimli deyib ki, yox: "Statistikaya baxsaq, hələlik, ipotekanın çəkisi inflyasiyaya və tikinti bazarındakı qiymətlərə təsir edəcək qədər böyük deyil".
"Transxəzər qaz boru kəməri layihəsinin reallaşması barədə nə düşünürsünüz" sualına cavab olaraq Əli Məsimli deyib ki, bu məsələdə siyasi fikir ayrılıqları olsa da, qaz boru kəməri layihəsi mütləq reallaşdırılacaq: "Qərbin bu iri layihənin reallaşması ilə bağlı böyük planları var və o, Rusiyanın mövqeyinə baxmayaq, bu planları müdafiə edəcək. Rusiya bundan sonra da realizə müddətini ləngitməyə çalışacaq, asmma o bu prosesə mane olmaq gücündə deyil".
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00