"Konstitusiya Məhkəməsinin prosesi ilə bağlı heç bir şərh verməyəcəyəm, çünki bu, düzgün deyil. Nümayəndələrimiz mövqeyimizi Konstitusiya Məhkəməsinə təqdim edəcəklər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib. 

Jurnalist hakim gücün Konstitusiya Məhkəməsinin seçki nəticələrini ləğv edib yeni seçkilər təyin edə biləcəyindən qorxmadığını sualına Paşinyan belə cavab verib: "İstəyirəm ki, daim yadda saxlayaq ki, legitimliyin yalnız bir mənbəyi var və bu da xalqdır. Xalq seçkilərin baş tutub-tutmadığını qiymətləndirir. Əgər kiminsə ən azı kifayət qədər müşahidə bacarığı varsa, xalqın seçkilərinin baş tutduğunu və seçkilərin rəsmi seçki nəticələrində qeyd olunduğunu çılpaq gözlə görəcək".

Parlamentin spikerliyinə namizədin seçilməsi ilə bağlı danışan Paşinyan bildirib ki, o, yanaşmalarını açıqlamayacaq, digər həmkarları kimi qapalı, gizli rejimdə səs verəcək: "Bu gün "Vətəndaş Müqaviləsi" partiyasında qərar qəbul olnası iclas keçiriləcək. Namizədlər arasından biri qapalı, gizli səsvermə yolu ilə seçiləcək və seçilən şəxs barədə ictimaiyyətə məlumat veriləcək. Başqa sözlə, planımız budur ki, bugünkü iclasda bu məsələ ilə bağlı namizədləri dinləməli, suallar verməli, fikir mübadiləsi aparmalı və qərar qəbul etməliyik".

Ağarza Elçinoğlu