Azərbaycanın futbol millisinin "95" arzusu
Norveçli müdafiəçi hansı oyunçumuzdan ehtiyatlanır?
Norveçlə AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 211-ci qarşılaşma olacaq. İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız Bakıda baş tutacaq matça qədər 210 dəfə meydana çıxıb.
AVRO-2016-nın seçmə mərhələsinin 4-cü oyununadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənib, 116 dəfə meydanı başıaşağı tərk edib. Ardıcıl 4dəfə uduzan komandamız tarixinin 95-ci məğlubiyyətsiz oyunun intizarındadı. Futbolçularımız bu görüşlərdə 148 dəfə rəqib qapısına yol tapıb. Bu oyunlarda qapıçılarımız 364 topun buraxılmasına üzülüb.
2014-cü ildə 8-ci qarşılaşmaya çıxacaq komandamız 6 matçlıq qələbə həsrətinə son qoymaq arzusundadı. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 6 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0), Rusiya (0:4), Bolqarıstan (1:2), İtaliya (1:2), Xorvatiya (0:6) ilə qarşılaşmalarda azarkeşlərini sevincə həsrət qoyub. Son 4 görüşdə uduzan yığmamız məğlubiyyət seriyasına da son qoymalıdı.
Komandamız seçmə mərhələlərdə 102-ci oyuna çıxacaq. Bunadək 101 belə matç keçirən millimiz 9 qələbə qazanıb, 19 heç-heçə etdiyindən hər iki göstəricidə yubileyin astanasındadı. Yığmamız bu matçlarda 73 dəfə uduzub. Seçmə oyunlarda 50 qol vuran futbolçularımız 224 top buraxıb. Avropa çempionatlarının 53 seçmə oyununda isə yığmamızın hesabında 5 qələbə, 6 heç-heçə və 42 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədi - 31:139.
"Azərbaycan millisi haqqında geniş məlumata malik deyiləm. Sadəcə, "Qarabağ" haqda eşitmişəm. Onlar Avropa Liqasını qrup mərhələsində mübarizə aparırlar. Bir neçə il öncə isə "Rusenborq"la qarşılaşıblar". Bu sözləri Norveç millisinin üzvü Omar Elabdellaui deyib.
2 gün sonra Azərbaycan və Norveç yığmaları arasında AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq oyundan danışan 22 yaşlı müdafiəçi millimizin bəzi futbolçularını tanıdığını bildirib: "Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram. Daha doğrusu, 19 nömrəli yarımmüdafiəçi (Rahid Əmirquliyevi nəzərdə tutur - red. ) haqqında məlumatım var. İtaliya və Xorvatiya ilə qarşılaşmalarda da bu futbolçunun oyununu izlədim. Təhlükəli futbolçudu. Bir də mənim oynadığım Almaniya II Bundesliqasında "Karslue" klubunda Azərbaycan millisinin bir üzvü var (Dimitri Nazarovu nəzərdə tutur - red.). Bizim üçün çətin və vacib səfər qarşılaşmasıdı. İnanıram ki, Bakıdan 3 xalla qayıdacağıq".
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2025-03-03 21:52:19

2025-03-03 21:43:38

2025-03-03 21:00:08

2025-03-03 19:11:43

2025-03-03 18:32:57

2025-03-03 14:14:00

2025-03-03 13:53:59

2025-03-03 13:53:00

2025-03-03 12:52:00

2025-03-03 11:30:00

2025-03-03 11:19:50

2025-03-03 00:49:00

2025-03-02 23:30:24

2025-03-02 21:44:44

2025-03-02 21:18:11

2025-03-02 20:32:15

2025-03-02 19:37:16

2025-03-02 19:00:33

2025-03-02 13:03:40

2025-03-02 12:38:07
