"Əli Kərimlinin Çində supermarket şəbəkələri var" - İDDİA
"Əli Kərimli və Cəmil Həsənli hesab edirlər ki, xarici agenturalarda təmsil olunmaq güclü müxalifət olmaq deməkdir. Bu partiyalar bu günə qədər müxalifət partiyası kimi ortaya heç bir mövqe qoymayıblar. Müxalifət partiyası olmaq o demək deyil ki, dövlətçilik əleyhinə fəaliyyət göstərəsən".
Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. AXCP sədrinin müavini F.Qəhrəmanlının "Azərbaycanda yeganə müxalifət AXCP-dir" iddiasına cavab verən H.Hacıyev qeyd edib ki, onun dediklərinin heç bir əsası yoxdur. O, Əli Kərimlinin fikrini deyir: "Artıq Əli Kərimli, Cəmil Həsənli şəxsi bizneslərini qurmaq fikrindədirlər. Onlar xarici təşkilatlardan aldıqları pullar hesabına Çində supermarket şəbəkələri qurublar. Onlar elə düşünürlər ki, ölkə daxilində nə qədər çox pozuculuq fəaliyyəti ilə məşğul olsalar, xarici təşkilatlar da o dərəcədə bunlara pul vəsaiti ayıracaq. Azərbaycanda əsl milli müxalifət Müasir Müsavat Partiyasıdır. Biz dövlət qeydiyyatından keçmiş partiyayıq və bu günə qədər də müstəsna xidmətlərimiz olub. Biz heç bir zaman imkan vermərik ki, Qərbin əlaltıları, uşaqları Azərbaycanda provokasion fikirlər söyləməklə Azərbaycanın milli müxalifət partiyalarının fəaliyyətinə kölgə salsınlar. Fuad Qəhrəmanlı Əli Kərimli və Cəmil Həsənlidən aldığı təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Düşünürəm ki, bunlar artıq son günlərini də yaşayırlar. Hakimiyyətdən narazı olanlar bugün xarici dövlətlərdə, Fransada, ABŞ-da, Almaniyada, İngiltərədə gizli görüşlər keçirir və Azərbaycan dövlətinin əleyhinə çox xoşagəlməyən fikirləri təbliğ edirlər".
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05